image-2000x150
image-img-20230417-wa0036backend

Ərəb mətbuatında Ermənistandakı əsir hərbçilərimizə işgəncə verilməsi ilə bağlı bəyanət dərc olunub

image-768x150

Misir, Səudiyyə Ərəbistanı, Əlcəzair, İordaniya, Suriya, Mərakeş, İraq, Sudan mətbuatında, Ermənistan tərəfindən əsir götürülmüş Azərbaycan hərbçilərinə işgəncə verilməsi ilə bağlı, Misir-Azərbaycan Dostluq Cəmiyyəti və Misirdə Azərbaycan diasporunun sədri, tədqiqatçı-alim Seymur Nəsirovun, Ərəb Ölkələrində Azərbaycan icmasının adından bəyanəti yayılıb.
Bəyanətdə, Azərbaycan ordusunun əsgərləri – 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlunun və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlunun Ermənistana əsir düşməsi səbəblərinə aydınlıq gətirilib və onlara qarşı qeyri-insani rəftara diqqət cəlb edilib.

Soydaşlarımızın Ermənistanın davranışını qətiyyətlə pislədikləri, Ermənistanın mühüm beynəlxalq aktları, o cümlədən Cenevrə Konvensiyasını, işgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiyaları üzrə öhdəliklərini yerinə yetirmədiyi nəzərə çatdırılıb.

Müvafiq beynəlxalq təşkilatlardan həmin zorakılıq faktının araşdırması, lazımi hüquqi qiymət verilməsi, Azərbaycan hərbçilərinin dərhal və qeyd-şərtsiz azad edilməsi tələb olunub.

Məlumatı aşağıdakı linklərdən oxumaq mümkündür:

https://alharir.info/%D8%A8%D9%8A%D8%A7%D9%86-%D8%A7%D9%84%D8%AC%D8%A7%D9%84%D9%8A%D8%A9-%D8%A7%D9%84%D8%A3%D8%B0%D8%B1%D8%A8%D9%8A%D8%AC%D8%A7%D9%86%D9%8A%D8%A9-%D9%81%D9%8A-%D8%A7%D9%84%D8%AF%D9%88%D9%84-%D8%A7%D9%84-2/
https://elalmelarby.com/?p=40963
https://sama-atlantis.online/?p=5080
https://garbnews.net/news/s/222259
https://nayrouz.com/article/362533
https://mirsadenergy.com/ar/archives/4315
https://journalaswat.com/2023/04/16/%d8%a5%d8%af%d8%a7%d9%86%d8%a9-%d9%84%d8%aa%d8%b9%d8%b0%d9%8a%d8%a8-%d8%a7%d9%84%d8%ac%d9%86%d8%af%d9%8a%d9%8a%d9%86-%d8%a7%d9%84%d8%a3%d8%b0%d8%b1%d8%a8%d9%8a%d8%ac%d8%a7%d9%86%d9%8a%d9%8a%d9%86/
https://rayetmisr.com/%d8%a7%d9%84%d8%ac%d8%a7%d9%84%d9%8a%d8%a9-%d8%a7%d9%84%d8%a3%d8%b0%d8%b1%d8%a8%d9%8a%d8%ac%d8%a7%d9%86%d9%8a%d8%a9-%d9%81%d9%8a-%d8%a7%d9%84%d8%af%d9%88%d9%84-%d8%a7%d9%84%d8%b9%d8%b1%d8%a8%d9%8a-2/
https://www.agnaden.net/?p=20056
https://newworld-network.online/?p=3403

image-768x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki