image-2000x150
image-17-25-08-1jpg-1649068859backend

“Erməni vandalizmi: işğaldan öncə və sonra” fotolarda adlı foto-sərgi keçirilib – FOTO

image-768x150

“İnsan hüquqları XXI əsr- Azərbaycan” Fondu (Fond) tərəfindən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən “Erməni vandalizmi: işğaldan öncə və sonra” fotolarda layihəsinin icrası məqsədi ilə 1 aprel 2022-ci il tarixində Estoniyanın paytaxtı Tallin şəhərində fəaliyyət göstərən Estoniya-Azərbaycan Evində “Erməni vandalizmi: işğaldan öncə və sonra” fotolarda adlı foto-sərgi keçirilmişdir.

Foto-sərginin aşılış mərasimində Estoniya ictimaiyyətinin, Estoniyada yaşayan müxtəlif xalqların nümayəndələri, Azərbaycan Diasporuna Dəstək Fondunun əməkdaşları, Azərbaycan Respublikasının və Türkiyə Respublikasının səfirliyinin əməkdaşları, Estoniyada yaşayan azərbaycanlılar iştirak etmişdir. Foto-sərginin açılş mərasimində həmçinin Estoniyada təhsil alan azərbaycanlı gənclərin ifasında tədbirin mahiyyətinə uyğun milli müsiqilərimiz ifa olunmuşdur.

Foto-sərgini ümumilikdə yüzlərlə insanın ziyarət etməsi gözlənilir.

Foto-sərgi 20 gün müddətində Azərbaycan evində sərgilənəcəkdir.

   
image-768x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki