Ötən gün Parisdə, Fransa Assambleyasının önündə Avropada yaşayan azərbaycanlıların dinc aksiyası keçirildi. Bu haqda BAK mətbuat xidmətindən saytımıza məlumat verilib.
15 noyabr Fransa Senatının qəbul etdiyi Azərbaycana qarşı qətnamənin, 28 noyabr Fransa Assambleyası tərəfindən də qəbul edilməsi gözlənilirdi.
Bu aktı pisləmək üçün soydaşlarımız, Avropanın hər yerindən Parisə axışaraq həmrəy şəkildə öz narazıçılığını bildirdilər.
Aksiyada, eləcədə, Niderland Krallığında fəaliyyət göstərən Benilüks Azərbaycanlıları Konqresi, Ana Vətən Avropa Azərbaycanlıları Qadınları Birliyi, Hollanda Azərbaycan Türk Kültür Cəmiyyətinin üzvləri də yaxından iştirak etdilər.
Aksiyada, “Neytral ol, Fransa!”,Ədalətli ol, Fransa!”,“Ermənistan terroruna yox!”, “Ermənistan aqressiyasına yox”və digər şüarlar səsləndirdilər.
Dinc şəkildə keçən mitinq iştirakçıların bayrağımız ətrafında toplanaraq lozunqlar söyləməsi ilə sona çatdı.