image-2000x150
image-fb_img_1645371392076backend

Gənclərimiz Polşanın Poznan şəhərində Xocalı faciəsinin 30-cu ildönümü ilə əlaqədar aksiya keçiriblər

image-768x150

Fevralın 19-da Polşanın Poznan şəhərində Xocalı faciəsinin 30-cu ildönümü ilə əlaqədar icazəli aksiya keçirilib. Bu haqda “Diaspornews.az”a Polşa Azərbaycanlıları Şurasısının sədri Fərid Cəfərli məlumat verib.

Aksiya Polşa Azərbaycanlıları Şurası və Poznanın azərbaycanlı icması tərəfindən təşkil olunub. Hava şəraitinin sərt olmasına baxmayaraq soydaşlarımız aksiyanı sona qədər davam etdiriblər. “Keçən il paytaxt şəhərdə etdiyimiz tədbirin davamı olaraq bu il də açıq havada, çaylar, Azərbaycan halvası, bukletlər paylandı, Heydər Əliyev Fondundan əldə etdiyimiz şəkillər sərgiləndi. Qeyd edim ki, ingilis və polyak dillərində çap olunan bukletlərdə, eləcə də bardaqlarda Xocalı soyqırımının məlumatları QR kod yerləşdirilmişdir.

Aksiyada aktiv iştirak etdiklərinə görə Poznanda yaşayan soydaşlarımıza təşəkkür edirik. Allahdan şəhidlərimizə rəhmət diləyirik”,-deyə Fərid Cəfərli bildirib.

Xatırladaq ki, bu marafon Gdansk şəhərində davam etdirilib.

image-fb_img_1645371387460

image-fb_img_1645371381713

image-fb_img_1645371430063

 

image-768x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki