image-2000x150
image-314630513_609285230886184_4020042827014169738_nbackend

Haaqada Azərbaycan-Niderland Odlar Yurdu cəmiyyətinin 20 illik yubileyi qeyd edilib

image-768x150

Bu il Azərbaycan-Niderland Odlar Yurdu cəmiyyətinin 20 illiyi Zəfər bayramının 2-c ildönümünə təsadüf edir. Bu münasibətlə Niderland Krallığının Haaqa şəhərində möhtəşəm tədbir təşkil edilmişdir. Tədbirdə, həmçini 9 Noyabr-Dövlət Bayrağı Günü bayramımız da qeyd edildi. Tədbiri giriş sözü ilə Azərbaycan-Odlar Yurdu Cəmiyyətinin sədri, musiqiçi Frəngiz Bağırova açdı. Qonaqlar və tədbir iştirakçıları salamlandıqdan sonra Vətən yolunda canlarından keçmiş şəhidlərimizin əziz ruhları bir dəqiqəlik sükutla xatırlandıqdan sonra Azərbaycan Respublikasının dövlət himni səsləndi. 7 noyabr 2002-ci ildən fəaliyyət göstərən Azərbaycan-Niderland Odlar Yurdu Cəmiyyətinin fəaliyyətindən söhbət açan Frəngiz Bağırova bu illər ərzində Vətənimizin Niderlandda tanınmasından, həm də musiqimizin, mədəniyyətimiz haqda bilgilərin yerli ictimaiyyətə təbliğ edilməsindən danışdı. 20 il ərzində keçirilmiş tədbir və konsertlərdə əldə edilmiş uğurların Vətənimizin uğuru olmasını qeyd edən Frəngiz Bağırova, fəaliyyətinin bəhrəsi kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən “Tərəqqi” medalı ilə təltif olunduğu üçün öz dərin minnətdarlığını bidirdi. O, həmçinin bu illər ərzində, ona mənəvi dəstək olan dost cəmiyyət və təşkilatlara, eləcə də Diasporla İş üzrə Dövlət Komitəsinə öz təşəkkürünü bildirdi.

Sonra söz, ölkəmizin Niderland Krallığındakı konsulu Səbinə Sadıqlıya verildi. Çıxışında o, hər kəsi Zəfər Bayramı və Dövlət Bayrağı Günü münasibətilə xalqımızı və Azərbaycan Niderland Odlar Yurdu Cəmiyyətinin yubileyi münasinətilə sədr Frəngiz Bağırovanı təbrik etdi. Daha sonra söz, tədbirə qatılan təşkilat və cəmiyyət sədrlərinə verildi.

Tədbirin bədii hissəsində Milli musiqimizdən nümunələr səsləndi. Tədbirin qonağı, Fikrət Amirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs ansamblının musiqiçisi Əməkdar artist, kaman ustasi Xəyyam Məmmədov və Gənc ifaçıların 3-cü Respublika baxış müsabiqəsinin qalibi, Arif Babayevin tələbəsi xanəndə Nəhmətağa Əliyev dəvət aldı. Niderlandda yaşayan Frəngiz Bağırovanın məlahətli səsi ilə və hamının sevimlisinə çevrilən tar ifaçısı Cavid Səlimov da səhnədə trio yaradaraq muğam incilərilə tədbirə musiqi sovqatı bəxş etdilər.

image-314472037_819318045986969_712990928827518026_n

image-314441922_663340578608981_1714256211347591068_n

image-309905461_832854351290983_2841040660262238052_n

image-768x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki