image-2000x150
image-18-40-02-1661165053495629919_367x266backend

Həmvətənimiz Kanadada “Ən yaxşı müəllim” mükafatına layiq görülüb

image-768x150

Uzun illər ərzində Kanadanın Ontario əyalətinin paytaxtı Toronto şəhərində yaşayan həmvətənimiz Yeganə Cəfərova çalışdığı Farma-Medikal kollecində ən yaxşı müəllim mükafatına layıq görülüb.

Bu barədə AZƏRTAC-a Türk Ağsaqqalları Birliyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri, “Vikipediya” üzrə mütəxəssis, diaspor üzrə araşdırmaçı-ekspert Elnur Eltürk məlumat verib. O bildirib ki, mükafat avqustun 20-də kollec tərəfindən təşkil olunmuş 2022-ci il tələbələrin buraxılış-diplom təqdimetmə tədbirində təqdim edilib. Yeganə Cəfərova ilk dəfə bu mükafata 2017-ci ildə Ontario Kolleclər Assosiasiyası tərəfindən, 2018 və 2019-cu illərdə isə eyni kollec tərəfindən ən yaxşı müəllim mükafatlarına layiq görülüb.

image-768x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki