10 may 2026-cı il tarixində İstanbul şəhərində, Iğdır Dərnəkləri Federasiyasının sədri Sn. İzzət KAYA bəyin dəvəti ilə qatıldığım tədbirdə Azərbaycan xalqının Ulu Öndəri Heydər ƏLİYEVİN anadan olmasının 103-cü ildönümü böyük ehtiramla yad edildi. Proqramın Show TV kanalında da işıqlandırılması bu anlamlı tədbirin daha geniş auditoriyaya çatmasına səbəb oldu.
Türk dünyasının birliyi və həmrəyliyi uğrunda mühüm xidmətlər göstərmiş Ulu Öndər Heydər ƏLİYEV-in əziz xatirəsinin qardaş Türkiyədə anılması, Azərbaycan-Türkiyə qardaşlığının nə qədər möhkəm və sarsılmaz olduğunun növbəti göstəricisidir. Belə tədbirlər ortaq tariximizə, milli-mənəvi dəyərlərimizə və türk dünyasının birliyinə verilən önəmin bariz nümunəsidir.
Qarabağ Vətən Müharibəsi Qaziləri adından Ulu Öndər Heydər ƏLİYEVİN anadan olmasının 103-cü ildönümü münasibətilə dərin hörmət, rəhmət və minnətdarlıqla yad edirik.
Başda Iğdır Dərnəkləri Federasiyasının sədri Sn. Izzet Kaya olmaqla, ASİMDER Marmara başqanı Sn. Ali GÜLBƏYƏ göstərdikləri diqqət və qonaqpərvərliyə görə Azərbaycan Qarabağ Müharibəsi Qaziləri adından təşəkkürümüzü bildiririk.
Qarabağ Müharibəsi Qazisi
E.o.polkovnik Akif QASIMOV



























