image-2000x150
image-img_4098backend

İsraildəki diaspor fəalımız mükafatlandırılıb

image-768x150

Moskvanın Sokolniki rayonundakı Dağ Yəhudiləri İcma Mərkəzində Sergey Vaynşteyn adına mükafatın IX təqdimetmə mərasimi baş tutub. Tədbirə Azərbaycan, İsrail və Rusiyadan rəsmi şəxslər, ictimai xadimlər və yəhudi icmalarının nümayəndələri qatılıb.

SТМEGİ Beynəlxalq Xeyriyyə Fondunun Prezidenti German Zaxaryayev açılış nitqində laureatların dağ yəhudilərinin mədəni irsinin qorunması və ənənələrinin yaşadılmasına göstərdikləri töhfəni yüksək qiymətləndirib.

Tədbirdə Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev, İsrailin Rusiyadakı səfiri Oded Yosef, Rusiyanın Baş Ravvini Adolf Şayeviç və digər şəxslər çıxış edərək mükafatın əhəmiyyətini vurğulayıblar.

İsraildə fəaliyyət göstərən “Sholumi” Dağ Yəhudiləri İrsi Mərkəzinin rəhbəri, “Azİz” Beynəlxalq Assosiasiyasının icraçı direktoru, diaspor fəalımız Şaul Siman-Tova “Dağ yəhudilərinin mədəni irsinin qorunub saxlanmasına verdiyi töhfəyə görə”, İsraildən Sergey İlyasafova “Dağ yəhudilərinin musiqi sənətinin qorunub saxlanmasına və inkişafına verdiyi töhfəyə görə”, Rusiyadan Nataliya Kaşovskayaya “Dağ yəhudilərinin tarixi irsinin qorunub saxlanmasına verdiyi töhfəyə görə” Sergey Vaynşteyn adına mükafata layiq görülüblər.

Mərasim laureatların mükafatlandırılması və musiqi proqramı ilə yekunlaşıb.

Qeyd edək ki, SТМEGİ Beynəlxalq Xeyriyyə Fondu dağ yəhudilərinin mədəni irsinin qorunmasına xüsusi xidmətlər göstərən şəxslərə 2015-ci ildən etibarən Sergey Vaynşteyn adına mükafat təqdim edir.

https://rutube.ru/video/157f605c1c3738bfc7c3884dc4f61e95/

image-d5e1b77c-5822-4506-993f-faa950a23862 image-775f98b0-cb0a-404b-a184-f847cd480a72 image-d127dd70-a05a-4a54-ad73-539d889523e2 image-f78275fa-8a4b-4aa3-8ab7-4562dbab5d2f image-26bf3e3a-97b0-4549-ba6f-0edf8e72770d image-852a510b-7617-457b-979b-9e553e300793

image-768x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki