image-2000x150
image-received_494562105652909backend

Kanadada yaşayan azərbaycanlı məktəblilər Xocalı soyqırımı ilə bağlı qeyri-adi kampaniya keçirəcək

image-768x150

Kanadada yaşayan həmvətənlilərimizin övladları  25 fevralda məktəbə getməyəcəklər. Bu haqda “Diaspornews.az”a Kanadanın Toronto Şəhər Təhsil Mərkəzinin Azərbaycan Dili müəllimi və sinif rəhbəri Yeganə Cəfərova məlumat verib.

O bildirib ki, Xocalı soyqrımı haqqında məktub hazırlayaraq uşağı məktəbə gedən həmvətənlilərimizə göndəriblər: “Bu il 26 fevral həftənin altıncı gününə təsadüf etdiyi ücün valideynlər 25 fevralın matəm günü olduğunu bildirən məktubu uşağın getdiyi məktəb rəhbərliyinə təqdim edəcəklər. Bir gün öncə, yəni 25 fevralda azərbaycanlı uşaqlar məktəbə getməyəcək. Bu yolla Xocalı soyqrımını Kanada ictimaiyyətinə və həm də təhsil sistemində çalışan insanlara çatırmaqdır əsas məqsədimiz.
Məktuba Xocalı faciəsini əks etdirən video və linklər də əlavə etmişik”.
Xatırladaq ki, artıq bir neçə ildir Kanadadakı soydaşlarımız bu formada kampaniya aparır. Bu il bütün Kanada əyalətlərində bu iş həyata keçiriləcək.

image-received_442786257590836

image-768x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki