image-2000x150
image-img_20220328_165859backend

Kansk şəhərində Novruz bayramı qeyd edilib

image-768x150

Martın 22-də Rusiya Federasiyasının Kansk şəhərində Azərbaycan diasporu Novruz bayramını qeyd edib. Tədbirdə Novruz bayramı süfrəsi açılıb, qonaqlara milli yeməklərimiz təqdim edilib.

“Diaspornews.az” xəbər verir ki, bayram mərasimində Kansk şəhərinin rəsmiləri, Azərbaycan icmasının üzvləri və digər türk xalqlarının nümayəndələri iştirak ediblər.
Tədbiri Kansk şəhərində Azərbaycan icmasının rəhbəri Məftun Həsənov açaraq qonaqları salamlayıb. O, Novruz bayramının tarixi haqda danışaraq öz təbriklərini çatdırıb.
Daha sonra Kansk şəhərinin merinin müavini Leontyeva İrina Vladimirovna şəhərinin meri Andrey Mixayloviç Beresnevin təbriklərini tədbir iştirakçılarınına çatdırıb.
Kansk şəhərinin tatar icmasının nümayəndəsi Fəxriyeva Marina Sultanovna və digərləri də çıxış edərək ürək sözlərini deyiblər.
Kansk şəhərində aktiv fəaliyyətinə görə Azərbaycan icmasının rəhbəri Məftun Həsənova Diplom təqdim olunub.
Bayram mərasimində “Odlar yurdu” Azərbaycan xalq mahnı və rəqs ansamblının, həmçinin “Kansk sübhü”,
“Sibir gəncləri” rəqs ansamblarının və 10 saylı uşaq bağçasının xoreoqrafik kollektivnin çıxışları tamaşaçılarda xoş ovqat yaradıb.

image-img_20220328_144909

image-img-20220327-wa0039

image-768x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki