image-2000x150
image-20220308221322_instagram_3backend

Krasnoyarskda diasporumuz “Odlar yurdu” ansamblının xanımlarını təbrik edib

image-768x150

Krasnoyarsk vilayətinin “Azərbaycan milli-mədəni muxtariyyəti” ictimai təşkilatının sədr müavini Azər Mustafayev “Odlar yurdu” Azərbaycan Xalq mahnı və rəqs ansamblının məşqində olub. Azər Mustafayev rəhbərlərin və müəllimlərin əməyini, muxtariyyətin ansamblla uzunmüddətli fəaliyyətini və komandanın Krasnoyarsk vilayətinin millətlərarası həyatındakı əhəmiyyətini yüksək qiymətləndirib. Krasnoyarsk vilayətində ansamblın və Azərbaycan mədəniyyətinin dəstəyi ilə bağlı muxtariyyət nümayəndəsi qarşısında mühüm suallar qaldırılıb.

Görüşün sonunda Azər Mustafayev özünün və sədr Taleh Mahmudov adından rəhbərlik başda olmaqla komandanın bütün xanımlarını 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibəti ilə təbrik edib.
Xatırladaq ki, “Odlar yurdu” xalq ansamblının yaradıcısı və ditektoru Səadət Qarayevadır. “Odlar yurdu” rəqs ansamblı Azərbaycanın xaricdə rəsmi şəkildə “Xalq” adını daşıyan iki ansamblından biridir. Bu il ansamblın 15 illiyi qeyd olunacaq.

image-768x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki