image-2000x150
image-nnnnnnnnnbackend

Krasnoyarskda ənənəvi “Uşaqlar uçün Novruz” şənliyi keçirilib

image-768x150

Bu günlərdə Rusiya Federasiyasının Krasnoyarsk şəhərinidəki Əmək və Anlaşma Sarayında ənənəvi “Uşaqlar uçün Novruz” şənliyi keçirilib. Tədbir Krasnoyarskda Azərbaycanlıların Regional Milli-Mədəni Muxtariyyəti və Rusiya Azərbaycanlı Gənclər Birliyinin (RAGB) Krasnoyarsk nümayəndəliyi tərəfindən Krasnoyarsk diyarının qubernatorunun İctimaiyyətlə əlaqələr şöbəsinin, Krasnoyarsk diyarı Xalqlar Dostluğu Evinin və Əmək və Anlaşma Sarayının dəstəyi ilə təşkil edilib.

image-335618184_1377968009628575_5255300785029723319_n

Mərasimdə Krasnoyarskda Azərbaycanlıların Regional Milli-Mədəni Muxtariyyətinin sədr müavinləri Ayaz Məmmədov, Azər Mustafayev, Aqil Cəfərov və digər diaspor üzvləri, eləcə də Krasnoyarsk diyarının qubernatorunun ictimaiyyətlə əlaqələr şöbəsinin milliyyət, din və kazaklarla iş şöbəsinin müdiri Soslan Teymurazoviç Tatdayev, Əmək və Anlaşma Sarayının direktoru Qonçarov Konstantin Mixayloviç iştirak ediblər.

image-nnddd

image-335979014_3377995225774924_3629166215195120167_n

Krasnoyarsk Deputatlar Şurasının millət vəkili, Krasnoyarsk diyarı “Azərbaycan milli-mədəni muxtariyyəti”nin sədri Teleh Mahmudov və öz adından təbrik nitqi söyləyən sədr müavini Ayaz Məmmədov çıxış edib: “Hər birininzi Novruzun gəlişi münasibəti ilə təbrik edirəm, sizlərə sağlamlıq, əmin – amanlıq, bolluq və bərəkət arzu edirəm! Novruz bayramınız mübərək!”

image-335460856_897315084896210_5676757986703907643_n

image-335472091_226742773135506_6887617685217451167_n

Şənlikdə yaradıcı kollektivlərin və rəssamların çıxışları, parlaq bahar bayramının maraqlı ənənələri və adətləri, oyunlar və viktorinalar, üz rəngləmə ilə masa, virtual reallıq eynəkləri nümayiş olunub, həmçinin Novruz personajlar Kosa və Keçəl tamaşaçıları əyləndiriblər.

Tədbir “Odlar yurdu” xalq ansamblının ifasında şən rəqslərlə davam edib.

image-335484933_904888827512105_7058944712148741670_n

image-335675154_867209734353953_5859658730146977466_n

image-335673222_1238495310421816_7746490468282095013_n

image-335514131_932859708064064_1540932652177959344_n

image-335510665_599510522085133_5180262396628667573_n

image-ooooddd

 

image-768x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki