Yanvarın 14-də Krasnoyarsk diyarının “Rodina” Xalqlar Dostluğu Evində Azərbaycan Respublikasının Yekaterinburqdakı Baş Konsulluğu tərəfindən Krasnoyarsk diyarında yaşayan Azərbaycan Respublikasının vətəndaşları ilə ilk səyyar konsulluq görüşü keçirilmişdir. “Diaspornews.az” xəbər verir ki, tədbiri vitse-konsul Şeyda Xanım Sadıqova aparıb.
Səyyar xidmət zamanı konsulluq sahəsi ilə bağlı suallar cavablandırılıb. Bununla yanaşı, sənədlərin Baş Konsulluqda baxılması üçün 70-dən çox vətəndaşın müraciəti qəbul edilib.
Krasnoyarsk diyarının regional Azərbaycan milli-mədəni muxtariyyətinin rəhbərliyi Krasnoyarsk diyarında Azərbaycan Respublikası vətəndaşlarına hüquqi yardım göstərilməsinə köməklik göstərdiyinə görə Baş Konsulluğun rəhbəri Mustafayev Şöhrət Rüstəm oğluna öz təşəkkürünü bildirir.