image-2000x150
image-44cf2e85-906e-4dba-b56b-26a84a233d38backend

Krasnoyarskda “Odlar yurdu” xalq ansamblının 15 illiyi münasibəti ilə konsert olub

image-768x150

Mayın 25-də Krasnoyarskda Əmək və Razılıq Mədəniyyət sarayının Böyük zalında Krasnoyarsk diyarında Azərbaycan Mədəniyyət Günləri çərçivəsində “Odlar yurdu” Azərbaycan xalq mahnı və rəqs ansamblının 15 illiyinə həsr olunmuş təntənəli konsert keçirilib. Bu haqda saytımıza “Odlar yurdu” ansamblının direktoru Səadət Qarayeva məlumat verib.

Konsert proqramında tamaşaçıların sevdiyi “Tərəkəmə”, “Qaytağı”, “Yallı-zorxana”, “Şələqoy”, “Şallı-şallı”, “Cəngi”, “Çobanlar rəqsi”, “Odlar yurdu” və “Azərbaycan ritmləri” digər rəqslər ifa olunub.

Sonda “Odlar yurdu” ansamblının rəhbərliyinə Krasnoyarsk diyarı mədəniyyət naziri adından Fəxri fərman və “Təşəkkürnamə”lər təqdim edilib.

Xatırladaq ki, “Odlar yurdu” ansambl 2007-ci ildə Səadət və Ələkbər Qarayevlər tərəfindən yaradılıb. Bütün bu illər ərzində Sibir üçün unikal olan bu ansambl Aqil Cəfərovun bədii rəhbərliyi ilə inkişaf edir və nailiyyətlərini artırır.

“Odlar Yurdu” yaradıcı kollektivi 15 ildən artıqdır ki, Taleh Mahmudovun rəhbəri olduğu Krasnoyarsk diyarı Azərbaycan milli-mədəni muxtariyyətinin dəstəyi ilə ümumrusiya və beynəlxalq müsabiqə və festivallarda Azərbaycan mədəniyyətini qürurla nümayiş etdirir. Xidmətlərinə görə nüfuzlu peşəkar mükafatlara layiq görülən “Odlar Yurdu” ansamblı Azərbaycanın xaricdə rəsmi “Xalq” adını almış ilk və yeganə yaradıcı kollektividir.

image-4711f807-c3b6-447b-8dec-f1fcc9fb0b59 image-69461048-e540-4850-a9f8-72f6749a5bdc image-ddc7d9c9-827e-4ec1-bd0d-c04f5d494aed

image-0d4505d1-444d-4f61-8756-4fd909113b05 image-2ea0882e-4c07-4d39-8a37-f1055572877d image-5aa2fbaf-0ee0-4286-87b0-3c6e33e2addd

image-b5c1f069-ca23-4640-9413-27a2a5172bdc

image-53b7d368-ccef-46c3-b618-48618a0acd92 image-81ec15ce-2ae9-4ae0-bc14-fb2ce6fdd737 image-978bdf79-14ce-4f14-bf66-bf60027fcf7e image-562987e2-c756-4004-b491-a30f42d87fe7 image-8025373b-e055-4c48-b1d4-7b286fc23d2d image-31829059-0a60-469f-9e84-03b5f6b129b9

image-768x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki