image-2000x150
image-img_20220323_072113backend

Krasnoyarskda “Uşaq Novruzu” adlı bayram tədbiri olub

image-768x150

Martın 19-da Rusiyanın Krasnoyarsk şəhərində Kuznetsov adına Sosial-mədəni kompleksdə ənənəvi “Uşaq Novruzu” milli bayramı keçirilib.

Bu haqda “Diaspornews.az”a Krasnoyarsk vilayətinin Azərbaycan Milli-Mədəni Muxtariyyəti ictimai təşkilatından məlumat verilib.

Tədbir Krasnoyarsk vilayətinin Azərbaycan Milli-Mədəni Muxtariyyəti ictimai təşkilatı ilə Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının (RATİ) Krasnoyarsk nümayəndəliyi birgə, Krasnoyarsk vilayətinin Qubernatorunun İctimaiyyətlə Əlaqələr Departamenti, yerli “Xalqlar dostluğu evi” və Kuznetsov adına Sosial-mədəni kompleksinin dəstəyi ilə keçirilib.
Sütunlu zalda bayramın qonaqlarını Novruz qəhrəmanları, iki şən dost Kosa və Keçəl və təbii ki, gözəl Bahar qızı qarşılayıb. Qonaqlar milli atributların tematik yaz sərgisinə baxıb, fotoların çəkildiyi yerdə şəkil çəkdirib, 3D virtual reallıq eynəklərindən istifadə etməklə Azərbaycanı gəzmişlər. Ən kiçik ziyarətçilər üçün gənc tamaşaçıların nağıl personajları kimi reinkarnasiya olunduğu üz rəngi ilə oyun meydançası, maraqlanan beyinlər üçün isə Novruz bayramının adət-ənənələri haqqında biliklərə dair viktorina keçirilib. Hər düzgün cavab üçün yaddaqalan hədiyyələr təqdim edilb.
Böyük zalda bayram konsertindən öncə açılış nitiqi ilə Krasnoyarsk vilayətinin Azərbaycan Milli-Mədəni Muxtariyyəti ictimai təşkilatının sədr müavini Ayaz Məmmədov çıxış edib.
O, qonaqlara Krasnoyarsk vilayətinin Azərbaycan Milli-Mədəni Muxtariyyəti ictimai təşkilatının sədri Taleh Mahmudovun da salam və bayram təbriklərini çatdırıb.
Ardınca Krasnoyarsk diyarının qubernatorunun ictimaiyyətlə əlaqələr şöbəsinin millətlər, dinlər və kazaklarla iş şöbəsinin müdiri Soslan Taymurazoviç Tadtayev, Kuznetsov adına Sosial-mədəni kompleksinin baş direktoru Konstantin Mixayloviç Qonçarov, Krasnoyarsk vilayətinin “Xalqların dostluğu evi”nin hesabat və müqavilə işləri şöbəsinin mütəxəssisi Daria Aleksandrovna Losyukova, Çuvaş Milli Mədəni Muxtariyyətinin prezidenti İvan Gennadyeviç Xramov və Vətəndaş Assambleyasının Milli Palatasının sədri Regina Viktorovna Bekşayte çıxış ediblər.
Tamaşaçılar bayramın şən qəhrəmanları ilə birlikdə “Odlar yurdu” Azərbaycan xalq mahnı və rəqs ansamblının yaradıcılıq çıxışlarını seyr edib, eləcə də müğənnilər Gülü Qocayeva və Emil Gəncəvinin ifasında mahnıları dinləyiblər.
Tədbirin sonunda qonaqlar üçün bayram furşeti təşkil olunub.

image-img_20220323_072056

image-img_20220323_072214

image-img_20220323_072133

 

image-768x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki