image-2000x150
image-img_20220228_094630backend

Krasnoyarskda Xocalı şəhidləri yad edilib

image-768x150

Fevralın 26-da Krasnoyarsk şəhər məscidində Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunmuş anım mərasimi keçirilib.

“Diaspornews.az” xəbər verir ki, tədbirdə Azərbaycan diasporunun üzvləri, eləcə də Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının (RATİ) Krasnoyarsk nümayəndəliyinin fəalları həlak olan həmvətənlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Açılış nitqi ilə Krasnoyarsk vilayətinin Azərbaycan Milli-Mədəni Muxtariyyəti ictimai təşkilatı sədrinin dini işlər üzrə müavini hacı Mütəllib İbişov müqəddəs Qurani-Kərimdən dualar (surələr) oxuyub.
Krasnoyarsk vilayətinin Azərbaycan Milli-Mədəni Muxtariyyəti ictimai təşkilatının sədr müavi Ayaz Məmmədov 1992-ci il fevralın 25-26-da Azərbaycanın Xocalı şəhərində baş vermiş dəhşətli hadisələrdən danışıb, beynəlxalq media nəşrlərini də misal gətirib. Atası Xocalı faciəsinin şahidi olmaqla yanaşı, həm də birinci Qarabağ müharibəsinin şəhidi olmuş Nazim Əliyev həmin dövrlərin anlarından danışıb.
Mərasimin sonunda şəhidlərin ruhuna ehsan verilib.

image-img_20220228_094658

image-768x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki