image-2000x150
image-img_20220223_082622backend

Krasnoyarskdakı diasporumuz “Rusiyanın xizək yolu 2022” idman tədbirinə qatılıb

image-768x150

Fevralın 19-da Krasnoyarskda “Göy qurşağı” çoxfunksiyalı idman kompleksinin ərazisində “Rusiyanın xizək yolu 2022” kütləvi idman tədbiri keçirilib. “Diaspornews.az” xəbər verir ki, yarışda 3-7 yaşlı uşaqlar 500 m məsafədə, qonaqlar və şəhər sakinləri 2 km məsafədə və təcrübəli xizəkçilər 10 km məsafə üzrə iştirak ediblər.

Yarışlar “Xalqlar dostluğu qaçışı” şüarı altında keçirilib. Krasnoyarsk vilayətinin yerli və regional milli-mədəni muxtariyyətlərinin nümayəndələrinin iştirak etdiyi xizək yarışına Krasnoyarsk şəhərinin meri Sergey Eremin rəhbərlik edib.
Bu yarışda Azərbaycan diasporu da fəallıq göstərib. Belə ki, yarışda Krasnoyarsk vilayətinin “Azərbaycan milli-mədəni muxtariyyəti” ictimai təşkilatının sədr müavinləri Ayaz Məmmədov və Azər Mustafayev iştirak ediblər.
İdman yarışının sonunda şəhər rəhbəri Sergey Eremin milli-mədəni muxtariyyətlərin nümayəndələri ilə görüşüb, burada iştirakına görə hər kəsə təşəkkürünü bildirib. Həmçinin o qeyd edib ki, Krasnoyarsk diyarının ərazisində yaşayan xalqlar mədəniyyətin, adət-ənənələrin inkişafı və təbliğinə böyük töhfə verirlər.

image-img_20220223_082649

 

image-768x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki