image-2000x150
image-img_20221204_201227backend

Krasnoyarskdakı gənclərimizin universitet tələbələri ilə görüşü keçirilib

image-768x150

Noyabrın 25-də Rusiya Federasiyasının Krasnoyarsk şəhərində V.F. Voyno-Yasenetski adına Tibb Universitetində Tibb Universitetinin tələbələrinin Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının (RAGT) Krasnoyarsk bölməsinin və Sibir Federal Universitetndə RAGT-nın Azərbaycan Tələbə İttifaqının nümayəndələri ilə geniş görüşü keçirilib.

“Diaspornews.az” xəbər verir ki, görüşdə RAGT Krasnoyarsk bölməsinin sədri Aqil Cəfərov çıxış edərək bütün tədbir iştirakçılarını salamlayıb. Krasnoyarsk Deputatlar Şurasının millət vəkili Taleh Mahmudovun rəhbəri olduğu Krasnoyarsk vilayətinin “Azərbaycan milli-mədəni muxtariyyəti” ictimai təşkilatı və RAGT-nın Krasnoyarsk bölməsinin fəaliyyətindən danışıb. O, həmçinin Krasnoyarsk diyarında Azərbaycan mədəniyyətinin və adət-ənənələrinin qorunub saxlanmasına töhfə verən tələbə təşəbbüsünün əhəmiyyətini vurğulayıb.
Bundan əlavə, görüşdə Sibir Federal Universitetndə RAGT-nın Azərbaycan Tələbə İttifaqının sədri Nübar Bağırova çıxış edərək RAGT-nın regionda tələbələrin ictimai aktivliyinə verdiyi töhfədən danışıb.
Bundan sonra RAGT rəsmiləri tələbələrin suallarını cavablandırıblar. Bununla yanaşı, görüş iştirakçıları bir-biri ilə tanış olub, komanda oyunları da oynayıblar. Tədbirin nəticəsi olaraq RAGT-nın Krasnoyarsk bölməsinin strukturunda
Krasnoyarskdakı Tibb Universitetinin tələbələrinin daxil olacağı yeni şöbənin yaradılması qərara alınıb.

image-img_20221204_201254

image-img_20221204_215732

image-768x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki