image-2000x150
image-img_20230222_130346backend

Krasnoyarskdakı soydaşlarımız uşaq evində olublar

image-768x150

Vətənin Müdafiəçisi Günü ərəfəsində Rusiya Federasiyasının Krasnoyarsk diyarı “Azərbaycan milli-mədəni muxtariyyəti” ictimai təşkilatı və Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının (RATİ) üzvləri Krasnoyarsk 1 saylı “Rodniçok” Uşaq Evində olub. Soydaşlarımız bu uşaq müəssisəsinə ilk gəliş deyil. Dəfələrlə “Azərbaycan milli-mədəni muxtariyyəti” rəsmiləri və gəncləri bayramlarda uşaq evində olub, uşaqları təbrik edib, hədiyyələr verib, onları Azərbaycan mədəniyyəti ilə tanış ediblər.

Uşaq evinin şagirdləri mahnılar və xoreoqrafik tamaşalarla bayram konserti nümayiş etdirbilər.
Krasnoyarsk Deputatlar Şurasının millət vəkili, Krasnoyarsk diyarı “Azərbaycan milli-mədəni muxtariyyəti”nin sədri Teleh Mahmudov adından təbrik nitqi ilə çıxış edən sədr müavini, şəhər soveti deputatının köməkçisi, ehtiyatda olan polis polkovniki Arzuman Məmmədov çıxış edib. Tədbirdə “Azərbaycan milli-mədəni muxtariyyəti” sədrinin müavinləri Camal Ələsgərov, Azər Mustafayev, Aqil Cəfərov və RAGT-nın fəalları da iştirak ediblər.
Bayram tədbirinin sonunda “Azərbaycan milli-mədəni muxtariyyəti”nin adından uşaqlara ləziz və şirin hədiyyələr təqdim olunub.

image-img_20230222_130429

image-13-04-52-i2vbwqp6flc

image-768x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki