image-2000x150
image-20220916102110_2backend

Kurskdakı diasporumuz Rusiya rəhbərliyini təcavüzkar Ermənistana təzyiq göstərməyə çağırıb

image-768x150

Kursk vilayətində yaşayan Azərbaycan icması ölkəmizin dövlət sərhədində Ermənistan silahlı qüvvələrinin törətdiyi genişmiqyaslı təxribatla əlaqədar Rusiya rəsmilərinə müraciət edib (diaspor.gov.az).

“Kursk vilayətinin Kursk şəhər azərbaycanlılarının yerli milli-mədəni muxtariyyəti” ictimai təşkilatının sədri Qasım Kərimovun imzası ilə Kreml administrasiyasının rəhbəri Anton Vayno, Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin və xarici işlər naziri Sergey Lavrova ünvanlanan müraciətdə baş vermiş hərbi təxribatdan narahatlıq ifadə edilib.

Erməni tərəfinin silahlı təxribatı Bakı ilə İrəvan arasında sülh müqaviləsinin imzalanmasını pozmaq məqsədilə həyata keçirdiyi nəzərə çatdırılıb.

Azərbaycanın cavab tədbirlərinin isə sərhədlərinin toxunulmazlığını, hərbi qulluqçuların, Qarabağ iqtisadi rayonundakı mülki infrastruktur işlərinə cəlb olunmuş mülki şəxslərin təhlükəsizliyini təmin etmək və Ermənistanın təxribatlarına son qoymaq məqsədi daşıdığı vurğulanıb.

Soydaşlarımız Rusiya rəhbərliyini Ermənistanın təcavüzkar siyasətinin qarşısının alınması üçün rəsmi İrəvana təzyiqləri gücləndirməyə çağırıblar.

image-768x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki