Küveytin “Dasmannews.com” və “Q8-press.com” saytlarında “Mart soyqırımı – inkaredilməz gerçəklik” sərlövhəli məqalə dərc olunub. “Diaspornews.az” xəbər verir ki, məqalə Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə icra etdiyi “Erməni vandalizmi beynəlxalq mediada” layihəsi çərçivəsində yayımlanıb.
Məqalədə ermənilər tərəfindən 1905 və 1918-ci illərdə azərbaycanlılara qarşı Bakı, Gəncə, Quba, Şamaxı, Lənkəran, Göyçayla deyil, Güney Azərbaycanın Xoy, Urmiyə, Səlmas kimi şəhərlərində də soyqrımı törədildiyi qeyd olunur.
Yazıda ermənilərin tarixən əzəli türk məskəni olan, indi Ermənistan adlandırılan torpaqlarda soydaşlarımızın başlarına açdıqları müsibətlər barədə erməni müəllifləri A.Lalayan və Daşnak Vahramın etirfları qeyd olunub.
Millət vəkili, professor Hicran Hüseynovanın da fikirlərinin yer aldığı məqalədə 1918-ci ildə baş verən 31 mart qırğınlarının səbəbləri, ermənilərin məqsdələri haqqında danışılır. Qeyd olunur ki, üç gün ərzində davam edən qətliam nəticəsində 15 min Azərbaycan türkü vəhşicəsinə öldürülmüşdü.
Məqaləni daha ətraflı şəkildə aşağıdakı linklərdən oxumaq mümkündür:
https://dasmannews.com/2022/04/01/%d8%a5%d9%86-%d8%a7%d9%84%d8%a5%d8%a8%d8%a7%d8%af%d8%a9-%d8%a7%d9%84%d8%ac%d9%85%d8%a7%d8%b9%d9%8a%d8%a9-%d9%81%d9%8a-%d9%85%d8%a7%d8%b1%d8%b3-%d8%a2%d8%b0%d8%a7%d8%b1-%d8%ad%d9%82%d9%8a%d9%82%d8%a9/
https://www.q8-press.com/%D8%A7%D9%84%D8%A5%D8%A8%D8%A7%D8%AF%D8%A9-%D8%A7%D9%84%D8%AC%D9%85%D8%A7%D8%B9%D9%8A%D8%A9-%D9%81%D9%8A-%D9%85%D8%A7%D8%B1%D8%B3-%D8%AD%D9%82%D9%8A%D9%82%D8%A9-%D9%84%D8%A7-%D9%8A%D9%85%D9%83%D9%86/