Küveytin “Bobiannews.net”, “Dasmannews.com”, “Q8-press.com” və “Nabd.com” saytlarında “Hər bir azərbaycanlının qan yaddaşına çevrilən Xocalı soyqırımı” sərlövhəli məqalə dərc olunub. “Diaspornews.az” xəbər verir ki, məqalə Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə icra etdiyi “Erməni vandalizmi beynəlxalq mediada” layihəsi çərçivəsində yayımlanıb.
Məqalədə Azərbaycan xalqının 200 il ərzində erməni millətçi-şovinistlərinin davamlı olaraq etnik təmizləmə, soyqırım siyasətinə məruz qaldığı qeyd olunur. Yazıda bunun ən ağır nəticələrindən birinin ermənilərin 30 il əvvəl törətdikləri Xocalı soyqırımının olduğu vurğulanır. Məqalədə Xocalı soyqırımı zamanı erməni vəhşilikləri və vandallıq əməlləri haqqında ətraflı məlumat verilir: “Bütün bunlar erməni hərbçiləri tərəfindən xüsusi amansızlıqla və ağlasığmaz vəhşiliklə həyata keçirilib. Xocalı soyqırımı dünya tarixində dinc əhalinin kütləvi qətliamı kimi dərin iz qoymuş Xatın, Holokost, Sonqmi, Lidiçe, Babi Yar, Ruanda və Serebrenitsa kimi soyqırımları eynilik təşkil edir”.
Məqalədə Xocalı soyqırımının canlı şahidlərindən olan Zaur Zakir oğlu Ələkbərovun həmin faciə gecəsi ən yaxın ailə üzvlərindən 71 nəfərini itirərək
çəkdikləri məşəqqətlər qeyd olunub.
Yazıda Azərbaycan dövləti tərəfindən Xocalı faciəsinin ölkədə və xaricdə təbliğ olunması istiqamətində planlı istiqamətdə görülən işlər haqqında məlumat verilib.
Həmçinin faciənin ildönümü ərəfəsində Küveytdə də tədbirlərin keçirildiyi vurğulanıb: “Məscidlərində hər il cümə namazı xütbələrində Xocalı soyqırımının qurbanları anılır, onlara Allahdan rəhmət dilənir.
Həmçinin Azərbaycanın Küveytdəki səfirliyində Küveytdə yaşayan azərbaycanlılar, Türkiyənin icma üzvlərinin, Küveytin ictimai-siyasi dairələrinin nümayəndələrini iştirakı ilə anım mərasimləri keçirilir”.
Məqalədə Ermənistanın törətdiyi əməllərə görə beynəlxalq hüquqi məsuliyyətdən qaça bilməyəcəyi, Azərbaycan xalqı və dövləti qarşısında cavab verəcəyi qeyd olunub.
Məqaləni daha ətraflı şəkildə aşağıdakı linklərdən oxumaq mümkündür:
https://dasmannews.com/2022/03/01/%D9%85%D8%B0%D8%A8%D8%AD%D8%A9-%D8%AE%D9%88%D8%AC%D8%A7%D9%84%D9%8A-%D8%A8%D8%A7%D8%AA%D8%AA-%D8%B0%D9%83%D8%B1%D9%89-%D8%AF%D9%85%D8%A7%D8%A1-%D9%83%D9%84-%D8%A3%D8%B0%D8%B1%D8%A8%D9%8A%D8%AC%D8%A7/
https://www.q8-press.com/%D9%85%D8%B0%D8%A8%D8%AD%D8%A9-%D8%AE%D9%88%D8%AC%D8%A7%D9%84%D9%8A-%D8%A8%D8%A7%D8%AA%D8%AA-%D8%B0%D9%83%D8%B1%D9%89-%D8%AF%D9%85%D8%A7%D8%A1-%D9%83%D9%84-%D8%A3%D8%B0%D8%B1%D8%A8%D9%8A%D8%AC%D8%A7/