image-2000x150
image-img-20220307-wa0008backend

“Küveytin karate üzrə milli yığmasında mənim yetirmələrim üstünlük təşkil edir”

image-768x150

Elnur İbrahim: “Küveytlilər biləndə ki, azərbaycanlıyam tam fərqli bir isti münasibət görürəm”

Bu gün sevindirici haldır ki, Küveytdə idman sahəsinin inkişafında da soydaşlarımız öz töhfələrini verirlər. Həmyerlimiz Elnur İbrahimn Küveytin karate üzrə milli yığmasının baş məşqçisi olarkən bunu əyani şəkildə sübut edib. O, hazırda məşqçi fəaliyyətini davam etdirməklə Küveytin karate tarixində ilklərə imza atmaqda xüsusi rol oynayır. Elnur İbrahim, eyni zamanda diaspor işində də fəallıq göstərir. Onun “Diaspornews.az”a özəl müsahibəsini təqdim edirik.

-Elnur müəllim, uzun illərdir ki, peşəkar karate müəllimi olaraq çalışırsız. Bu illər ərzində keçdiyiniz idman yolunu oxucularımıza danışmağınızı istərdik…
-Mən, Elnur İbrahim Zülfüqar oğlu, 12 yanvar 1977-ci ildə Sumqayıt şəhərində anadan olmuşam. Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə və kredit fakültəsini bitirmişəm. 1995-ci ildən karate üzrə dünya çempionu Füzuli Musayevin tələbəsi olmuşam. 1998-ci ildən Azərbaycan Milli Komandasında 75 kq cəki dərəcəsində nömrə 1 olmuşam. 2002-2007-ci illərdə Gənclərdən ibarət milli komandada baş məşqçilik etmişəm. 2007-2008-ci illərdə Antalya Kamikadze Klubunda çalışmışam. 2008-2009-cu illərdə Azərbaycan milli komandasında 18-21 yaş qrupunda baş məşqçi olmuşam. 2009 -2013-cü illərdə Küveyt  milli komandasında baş məşqçi olmuşam. 2013-2014-cü illərdə Küveyt “Al Salmiya” klubunu çalışdırmışam.
2015-2016 Azərbaycan milli komandasında 14-15 yaş qrupunda baş məşqçi olmuşam.
2016-cı ildən Küveytin “Al Şabab” klubunun baş məşqçisi vəzifəsində çalışıram. Tələbələrim Avropa, Asiya və dünya üzrə keçirilən yarışların çempionları olub. Azərbaycanda karatenin WKF növü üzrə ilk dünya çempionu mənim tələbəm olub. Küveytdə də tarixi nailiyyətlər əldə etmişəm. Burada diasporu yaradanlardan biriyəm və hazırda da fəal üzvüyəm.

image-img-20220307-wa0017

– Küveytdə idman müəllimi olaraq çalışmaq nə dərəcədə maraqlıdır?
– Uzun müddət Azərbaycanda məşqcilik fəaliyyəti ilə məşğul olmuşam. Qeyd etdiyim kimi, məşqçim Füzuli Musayev olub və məşqçiliyə də məhz onun yanında başlamışam.
Fərdi tələbələrim yarışlarda fərqlənirdilər və WKF (Dünya Karate Federasiyası) yarışlarında Azərbaycanda ilk dünya çempionu da məhz mənim tələbəm olub.
2009-cu ildə böyüklərdən ibarət milli yığmaya məşqci təyin olunmağıma baxmayaraq, bir necə aydan sonra başqa birisini yerimə təyin etdilər. Və 2009-cu ildən mənim Küveyt həyatım başladı.
İlk günlərdə cətin oldu, cünki fərqli insanlar, fərqli dil, fərqli döyüş üslubu ilə qarşılaşdım. Amma tez bir zamanda yerli əhaliyə isinişə bildim. Və illərlə Azərbaycandakı məşqçilik təcrübəmi və döyüş üslubunu bunlara öyrədə bildim. Millidə çalışdığım müddətdə tələbələrim Asiya oyunları, Ərəb oyunları və Ərəb körfəzi yarışlarında yüksək nəticələr göstərdilər.

image-img-20220307-wa0014

– Əcnəbi müəllim olaraq yerli xalqın sizə münasibəti necədir?
– Yerli xalqla bizlərin arasında o qədər də fərq yoxdur. Hətta dilimizdə belə, neçə min söz ərəb mənşəlidir və hər gün biz də həmin sözlərdən istifadə edirik. Adət-ənənələrimiz, ən çox da ailəyə bağlılıq çox oxşardır.
Mənə olan münasibət çox gözəldir. Bu illər ərzində heç bir problem yaşamamışam, əksinə biləndə ki, azərbaycanlıyam tam fərqli bir isti münasibət görürəm.
Ailə tərbiyəsi və məşqçilik bacarığım qarşılıqlı hörmət qazanmağa kömək edir.

image-img-20220307-wa0013

– Küveytdəki azərbaycanlı gənclərin idmana marağı necədir?
– Azərbaycan gənclərinin idmana marağı böyükdür. Demək olar ki, hər idman növü ilə məşğul olan var: mənim yanıma gələnlər də var, digər idman növünü seçənlər də. Oğlum Əli burada “Barcelona” və “Celtic” Futbol akademiyasının yetirməsi olub və hal-hazırda “Qarabağ” FK U-14 yarış qrupunda hücumçudur.

image-img-20220307-wa0020

– Azərbaycanlı tələbələrinizdən Küveytdə uğur qazanan varmı?
– Mənim tələbələrimdən nəticə verən yoxdur, cünki yarışa çıxmayıblar. Əminəm ki, yarışa çıxan kimi nəticə verəcəklər.
Amma cüdo yarışından bizim diasporun fəal üzvlərindən biri olan Fərid  Cəfərovun övladı Fərəc Cəfərov qızıl medal qazanıb. Xatırladım ki, Fərid Cəfərov da Ji-Jutsu açıq çempionatında I yer tutaraq qızıl medal əldə edib.

image-img-20220307-wa0018

– Ümumiyyətlə, tələbləriniz beynəlxalq yarışlara qatılırmı? Nə kimi uğurlar əldə ediblər?
– 7 ildən artıqdır ki, “Al -Şabab” klubunda çalışıram. Bu illər ərzində yetirmələrim böyük nəticələr əldə ediblər. Bir yetirməm Yay Olimpiya Oyunlarına seçmələrdə azərbaycanlı idmançıya 1-2 hesabı ilə yenildi.
Bu yaxınlarda isə bir tələbəm Birləşmiş Ərəb Əmirliklərinin Fujeira şəhərində keçirilən karate üzrə Premyer Liqa yarışında Küveyt karate tarixində ilk medal- 3-cü yer, bürünc medalı qazanıb.
Küveytin karate üzrə milli yığmasında mənim yetirmələrim üstünlük təşkil edir.

image-img-20220307-wa0006

– Küveytdə bəs diaspor işində nə kimi fəallıq göstərirsiz?
– Küveytdə ilk illər Azərbaycan vətəndaşları çox azlıq təşkil edirdi. Amma son illərdə soydaşlarımızın burada sayı çoxalıb.
Burada diaspor işində şəxsən mənim yox, Könül Hacızadə, Ağa Allahverdiyev, Fərid Cəfərovun da rolu böyük olub. 2010-cu ildə Könül Hacızadənin rəhbərliyi ilə “Vətənsevər” Azərbaycan-Küveyt Mədəniyyət və Dostluq Cəmiyyətinin yaradılması soydaşlarımızın bir araya toplanmasında mühüm rol oynadı. Qrup yaratmışıq, orada lazım olan məsələlər həll olunur. Vaxt olanda görüşüb fikir və planlarımızı daha ətraflı şəkildə müzakirə edirik. Yeni gələn Azərbaycan vətəndaşlarını digər diaspor üzvləri ilə tanış edirik. Bərabər lazım olan məsələləri yoluna qoyuruq.
Vətən müharibəsi zamanı, demək olar ki, gecələr belə, yatmırdıq və sevincli xəbərləri şəxsən Cənab Prezident İlham Əliyevdən eşidirdik. Bərabər müəyyən bir məbləğ toplayıb Azərbaycan Ordusuna Yardım Fonduna köçürdük.
Ukraynada başlayan müharibədən sonra diaspor üzvləri olaraq Ukraynanın Küveytdəki səfirliyinə getdik və gəlişimiz onları şok etmişdi. Fərid Cəfərov hamımız adından səfirliyə dəstək bəyannaməsini təqdim etdi və yanlarında olduğumuzu çatdırdı.
Bu illər ərzində Azərbaycanın Küveytdəki səfirliyinin də soydaşlarımızla necə gözəl rəftar etdiklərini və hər zaman bizə dəstək olduqlarını xüsusi qeyd etmək istərdim. Burdan həm öz adımdan, həm də diaspor adından bu illər ərzində Küveytdəki səfirliyimizdə çalışan bütün işçilərə minnətdarlığımı bildirirəm.

image-img-20220307-wa0016

-Qarşıdan gələn hansı yarışa hazırlaşırsız?
– Hal-hazırda Küveyt çempionatı gedir. Qarşıda tələbələrimi Asiya, dünya çempionatı, İslam Həmrəyliyi Oyunları, Premyer Liqa və Karate -1 yarışı gözləyir. Tələbələrim Avropa, Asiya və dünya çempionatlarında qızıl medallar qazanıblar. Qarşıdan gələn yarışlardan da qələbə ilə qayıdarlar, inşaAllah.

image-img-20220307-wa0011

image-img-20220307-wa0015

image-img-20220307-wa0010

image-img-20220307-wa0009bu

image-768x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki