Ramiz Məmmədov: “Seçkilərdə inamlı qələbəniz xalqın Sizə – müasir və müstəqil Azərbaycanın Liderinə, siyasi sabitliyə və dövlətimizin sosial-iqtisadi inkişafına yönəlmiş daxili və xarici siyasətinizə tam inamını bir daha göstərdi”
Rusiya Federasiyasının Tatarıstan Respublikasının Leninoqorsk vilayətindəki soyadaşlarımız Prezident İlham Əliyevi 7 fevral seçkilərində inamlı qələbə qazanması münasibətilə təbrik ediblər.
Tatarıstan Respublikasının Leninoqorsk vilayətindəki “Birlik” Azərbaycan Milli Mədəni Muxtariyyəti yerli ictimai təkilatının sədri Ramiz Məmmədov adından Prezident İlham Əliyevə ünvanlanan təbrik məktubunda bildirilib: “Tatarıstanın Leninoqorsk vilayətindəki “Birlik” Azərbaycan Milli Mədəni Muxtariyyətinin Yerli İctimai Təşkilatının üzvləri adından Sizi Azərbaycan Respublikası Prezidenti seçkilərində qazandığınız parlaq qələbə münasibətilə ürəkdən təbrik edirəm.
Seçkilərdə inamlı qələbəniz xalqın Sizə – müasir və müstəqil Azərbaycanın Liderinə, siyasi sabitliyə və dövlətimizin sosial-iqtisadi inkişafına yönəlmiş daxili və xarici siyasətinizə tam inamını bir daha göstərdi.
Hörmətli cənab Prezident, biz də Tatarıstanın Leninoqorsk vilayətinin Azərbaycan diasporunun nümayəndələri olaraq Sizin Rusiya Federasiyası ilə Azərbaycan arasında strateji münasibətlərin qurulması istiqamətində apardığınız siyasi kursu tam dəstəkləyir, həmçinin Rusiya-Azərbaycan münasibətləri çərçivəsində Tatarıstan və Azərbaycan arasında ənənəvi dostluq əməkdaşlıq əlaqələrinin daha da möhkəmlənməsinə və inkişafına ümid edirik.
Cənab Prezident, Azərbaycanın firavanlığı və inkişafı naminə dövləti fəaliyyətinizdə bundan sonra da Sizə möhkəm cansağlığı, uğurlar və yeni nailiyyətlər arzulayırıq!
Yaşasın Azərbaycan!”