Bu il Rusiya Federasiyasının Tatarıstan Respublikasının Leninoqorsk şəhərində fəaliyyət göstərən “Birlik” Azərbaycan Milli-Mədəni Muxtariyyəti ictimai təşkilatının fəaliyyə başlamasının 10 ili tamam olur. 10 illik yubiley münasibəti ilə “Birlik” Azərbaycan Milli-Mədəni Muxtariyyəti ictimai təşkilatının sədri Ramiz Məmmədov Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyinin sədri Fuad Hüseynzadə tərəfindən “Təşəkkürnamə” ilə təltif edilib.
Xatırladaq ki, Tatarıstan Respublikasının Leninoqorsk şəhərində fəaliyyət göstərən “Birlik” Azərbaycan Milli-Mədəni Muxtariyyəti İctimai Birliyi yaradılan gündən öz aktivliyini qoruyub. Təşkilat tərəfindən hər zaman mərkəz və regionlardakı diaspor təşkilatları ilə əməkdaşlıq edilib və təcrübə mübadiləsi aparılıb. “Birlik” Azərbaycan Milli-Mədəni Muxtariyyəti İctimai Birliyinin sədri Ramiz Məmmədov tərəfindən azərbaycanlılar arasında həmrəylik gücləndirilib və yerli qurumlarla əməkdaşlıq edilib. “Birlik” Azərbaycan Milli-Mədəni Muxtariyyəti təşkilatı 2012-ci ilin dekabrında yaradılıb (https://www.youtube.com/watch?v=-s213O5q_sc&feature=youtu.be). Təşkilat 2013-cü ildən başlayaraq xeyriyyə fəaliyyəti, mədəni irsin qorunması və zənginləşdirilməsi, azərbaycanlıların Leninoqorsk şəhərində mülki, sosial və mədəni hüquqlarının qorunması, dil, təhsil və milli mədəniyyətin inkişafı istiqamətində fəaliyyət göstərir. “Birlik”, eyni zamanda bu illər ərzində irqçiliyə, milliyyətçiliyə qarşı mübarizə aparır, Azərbaycan xalqının adət-ənənələrini qoruyub saxlamaq və təbliğ etmək, həmyerlilərimizin təhsil və mədəni səviyyəsinin yüksəldilməsi istiqamətində də işlər görür.