image-2000x150
image-img_20220511_195340backend

Leninoqorskdakı Azərbaycan diasporu veteranları və neftçiləri Qələbə Günü münasibətilə təbrik edib

image-768x150

Tatarıstan Respublikasının Leninoqorsk şəhərində fəaliyyət göstərən “Birlik” Azərbaycan Milli-Mədəni Muxtariyyəti İctimai Birliyi və “Rusiya Azərbaycanlılarının Regionlararası Assosiasiyası” veteranları və fəxri neftçiləri 9 May – Qələbə Günü münasibətilə təbrik edib.

“Diaspornews.az” xəbər verir ki, Tatarıstan Respublikasının Leninoqorsk vilayətinin veteranları və neftçiləri üçün ərzaq və hədiyyə dəstləri hazırlanmışdır.

Xatırladaq ki, Böyük Vətən Müharibəsində Qələbənin 77-ci ildönümü ərəfəsində Tatarıstan Respublikasının Leninoqorsk şəhərində fəaliyyət göstərən “Birlik” Azərbaycan Milli-Mədəni Muxtariyyəti İctimai Birliynin sədri Ramiz Məmmədovun təşəbbüsü ilə və Tatarıstan Respublikasının Leninoqorsk, Naberejnıye Çelnı, Aznakayevo və Almetyevsk şəhərlərində “Rusiya Azərbaycanlılarının Regionlararası Assosiasiyası”nın Məşvərət Şurasının təbrik plakatları yerləşdirilib.

Ənənəvi olaraq, mayın 9-u ərəfəsində Ramiz Məmmədovun rəhbərlik etdiyi Leninoqorsk vilayətinin Azərbaycan diasporu veteranları və cəbhə zəhmətkeşləri ilə görüşlər keçirir. Bayram şərəfinə onlara hədiyyələr, ərzaq bağlamaları verilir, uzun illər, can sağlığı arzulanır.
Qeyd edək ki, Ramiz Məmmədovun atası Mustafa Yusub oğlu Məmmədov Böyük Vətən Müharibəsi veteranı, II və III dərəcəli “Şöhrət” ordenləri ilə təltif edilib.

image-img_20220511_190725

image-endirme

image-768x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki