Tatarıstan Respublikasının Leninoqorsk şəhəri və Leninoqorsk vilayətində “Birlik” Azərbaycan Milli-Mədəni Muxtariyyəti ictimai təşkilatının sədri Ramiz Məmmədov Prezident İlham Əliyevi doğum günü münasibətilə təbrik edib. Ramiz Məmmədov cənab Prezidentə ünvanladığı təbrik məktubunda bildirib:
“Tatarıstan Respublikasının Leninoqorsk şəhəri və Leninoqorsk vilayətində “Birlik” Azərbaycan Milli-Mədəni Muxtariyyəti ictimai təşkilatı adından və şəxsən öz adınızdan doğum gününüz münasibətilə səmimi təbriklərimizi qəbul edin. Sizin müdrik rəhbərliyiniz altında Azərbaycan Respublikası uğurla inkişaf edir.
Sosial-iqtisadi inkişaf Azərbaycana təkcə regional deyil, həm də beynəlxalq aləmdə inamlı və nüfuzlu mövqelər qazandırıb.
Sizin daimi diqqətiniz sayəsində Azərbaycan Respublikası ilə Rusiya Federasiyası, xüsusən də Tatarıstan Respublikası arasında iki xalqın qardaşlıq, qarşılıqlı hörmət, qarşılıqlı dostluq və dəstəyə əsaslanan ikitərəfli əməkdaşlığının üfüqləri genişlənməkdə davam edir.
Hörmətli cənab Prezident, Sizə sonsuz cansağlığı, firavanlıq və xoşbəxtlik, siyasi arenada böyük uğurlar və daimi tərəqqi arzulayıram!”