image-2000x150
image-screenshot_5backend

Leninoqorskdakı diaspor rəhbəri Prezidenti və xalqımızı Zəfər Günü münasibətilə təbrik edib

image-768x150

Tatarıstan Respublikasının Leninoqorsk şəhəri və Leninoqorsk vilayətində “Birlik” Azərbaycan Milli-Mədəni Muxtariyyəti ictimai təşkilatının sədri Ramiz Məmmədov adından Prezident İlham Əliyevə Zəfər Günü münasibətilə təbrik məktubu ünvanlanıb.

image-b6429b78-21c8-4554-b9de-bf311a24d10e

“Diaspornews.az” təbrik məktubunu olduğu kimi təqdim edir:

“Tatarıstan Respublikasının Leninoqorsk şəhəri və Leninoqorsk vilayətində “Birlik” Azərbaycan Milli-Mədəni Muxtariyyəti ictimai təşkilatı adından və şəxsən öz adımdan Sizi və bütün Azərbaycan xalqını Zəfər Günü münasibətilə təbrik edirəm.

Sizin qətiyyətli rəhbərliyinizlə 44 günlük Vətən müharibəsində igid Azərbaycan Ordusunun böyük qələbəsindən iki il ötür.

Zəfər Günü Azərbaycanın müasir tarixinə qızıl hərflərlə yazılıb. Bütün bunlar isə ordumuzun xüsusi rolu və şücaəti, şəhidlərimizin dəqiq hərbi strategiyası və qəhrəmanlığı, Azərbaycan xalqının hərtərəfli birliyi və dəstəyi sayəsində mümkün olub.

Sizi Qələbə Günü münasibətilə ürəkdən təbrik edir, Vətən uğrunda canlarından keçmiş şəhidlərin ruhuna Uca Yaradandan rəhmət, veteranlara cansağlığı diləyirik!

Yaşasınz Azərbaycan! Qarabağ Azərbaycandır!”

Öz növbəsində “Birlik” Azərbaycan Milli-Mədəni Muxtariyyəti ictimai təşkilatının sədri Ramiz Məmmədov Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovu və qurumun kollektivini Zəfər Günü münasibətilə təbrik edib. “Biz gələcəkdə də səmərəli və uğurlu əməkdaşlığın davamını gözləyirik, çünki rəhbərlik etdiyiniz struktur xaricdə yaşayan soydaşlarımızın həmrəyliyini təmin etməkdə, onların Vətənlə əlaqələrini gücləndirməkdə davam edir”,-deyə Komitə sədrinə ünvanlanmış təbrik məktubunda bildirilir.

image-1558e7d3-27d5-420b-aca3-bc01357b577d

image-768x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki