image-2000x150
image-img-20221227-wa0106backend

Manisada Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü qeyd edilib

image-768x150

Türkiyənin Manisa şəhərində Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibəti ilə bayram tədbiri təşkil edilib. Manisa Azərbaycan Kültür və Həmrəylik Dərnəyi tərəfindən keçirilən gecədə “Sheron” qrupu konsert proqramı ilə çıxış edib.

Bu haqda “Diaspornews.az”a Manisa Azərbaycan Kültür və Həmrəylik Dərnəyindən məlumat verilib.
Gecədə Manisa vali köməkçisi Aydın Memük, Şehzadeler Bələdiyyə başçı köməkçisi Haşim Bilir, Yunusemre Bələdiyyə sədrinin müavini Şule Uyğur, Manisa Böyükşəhər Bələdiyyəsi rəsmiləri, Manisa Vətəndaş Mədəniyyətləri və Həmrəylik Dərnəyi başçısı Dr. Raqıp Günəş və digər dərnək başçıları, siyasi partiya sədrləri və nümayəndələri, həmkarlar ittifaqı başçıları və nümayəndələri, çox sayda qonaq və Manisada təhsil alan azərbaycanlı tələbələr iştirak edib.
Tədbirdə Manisa Azərbaycan Kültür və Həmrəylik Dərnəyinin prezidenti Şentürk Hoşgül çıxış edərək
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü bayramının tarixindən danışıb: “1989-cu ilin sonlarında Araz çayının hər iki tərəfində məftillə ayrılan Azərbaycan türkləri məftilləri sökərək bir araya gəlmək istəyiblər.
Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Ümummilli Lider Heydər Əliyev Ali Məclisi çağıraraq 1991-ci il dekabrın 16-da qəbul etdiyi qərarla dekabrın 31-nin “Dünya Azərbaycanlılarının Gəmrəyliyi Günü” kimi qeyd olunmasını qərara aldı. Həmin ilin dekabrın 25-də
Azərbaycan Respublikasının Ali Sovetinin eyni məzmunlu qərarı ilə dekabrın 31-i “Dünya Azərbaycanlılarınln Həmrəyliyi Günü” Birlik və Həmrəylik Günü kimi qeyd olunur.
“Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü” bayramı dünya azərbaycanlılarının həmrəylik simvoluna çevrilib və bu günədək 70-dən artıq ölkədə müxtəlif tədbirlər keçirilir. Bu səbəbdən də bu şənliyi Manisada keçiririk”.

Gecədə Manisa Cəlal Bayar Universitetində təhsil alan Manisa Azərbaycanlı Tələbələr Cəmiyyətinin (MANAT) üzvlərinə (Nərmin Qardaşova, Fatih Solmaz, Aydın Musayev, Ülkər Yavərli, Sənan Teymurzadə, Sabir Xəlilov və Məhəmməd Adilov) uğurlu fəaliyyətlərinə görə dərnək prezidenti tərəfindən plaket təqdim olunub.

Bundan əlavə, gecədə Alik Əliyevin çalışdırdığı “Aysel” rəqs qrupunun çıxışı tamaşaçıları valeh edib. Gecədə Dr. Burak Yenikaya və Mir İsmayıl Rzayev instrumental və gitara konsertləri ilə tamaşaçılara xoş anlar yaşadıblar. Bayram tədbiri “Sheron” qrupunun mahnıları ilə başa çatıb.

image-img-20221227-wa0110

image-dc889fc7-b3dd-488d-b06a-f6c2b71a5713

image-768x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki