image-2000x150
image-img-20220331-wa0096backend

Məftun Əsədov: “Kanskda bütün rəsmi qurumlarla əlaqəmiz çox yaxşıdır”

image-768x150

Məftun Əsədov: “Azərbaycanı Kanks şəhərində lazımi səviyyədə tanıdırıq”

Rusiya Federasiyasının Kansk şəhərində fəaliyyət göstərən Azərbaycan Milli-Mədəni Muxtariyyəti ictimai təşkilatının sədri Məftun Əsədovun “Diaspornews.az“a müsahibəsini təqdim edirik.

-Məftun müəllim, öncə özünüz haqda danışmağınızı istərdik.
-Mən, Əsədov Məftun Talıb oğlu 25 sentyabr 1963-cü ildə Biləsuvar rayonunun Xırmandalı kəndində anadan olmuşam. 1996-cı ildən Kansk şəhərində yaşayıram. Ailəliyəm. 2 qız, 2 oğlan övladım var. Böyük qızım İngilis dili müəlliməsidir, ailəlidir, 1 uşağı var. İkinci qızım ali məktəbdə tibb üzrə təhsil alır. Bu il axırıncı kursdadır. Oğlanlarım Məhəmməd və Əli məktəblidirlər.

-Azərbaycanlılar Kanskda nə dərcədə diaspor olaraq bir araya gəlib?
-Kansk şəhərində 200 nəfərə qədər azərbaycanlı yaşayır. Biz həmişə burada şənliklərdə, ad günlərində, Azərbaycanın və Rusiyanın bayramlarında bir yerə yığışıb məsləhətləşirik. Burada  azərbaycanlı ağsaqqallarımız da var. Soydaşlarımız arasında həmrəylik, birlik var. Hamımız mehribanıq, bir-birimizin evinə gediş-gəlişimz də var.

Yeri gəlməşkən, bu yaxınlarda Kanskda Novruz bayramını təntənəli şəkildə qeyd eydik.

-Azərbaycanın Kanskda təbliğatın necə aparırsız?
-Azərbaycanı Kanks şəhərində lazımi səviyyədə tanıdırıq. Mən özüm Kanks adminstrasiyasında İctimai Palatanın üzvüyəm. Adminstrasiyada ayda bir dəfə iclas olur, biz də gedirik. Bayramlarda buradakı Uşaq evinə kömək edirik. Bizə qarşı çox gözəl mehriban yanaşırlar. Bütün rəsmi qurumlarla əlaqəmiz çox yaxşıdır.

-Perspektivdə hansı tədbirlərin keçirilməsi nəzərdə tutulub?
-9 May – faşizm üzərində Qələbə Günü münasibəti ilə keçiriləcək “Ölməz polk” yürüşünə hazırlaşırıq.10 nəfər Böyük Vətən müharibəsində iştirak edən azərbaycanlı veteranların şəkillərin hazırlayırıq. Yürüşdə ələrimizdə şəkillərlə bərabər bayrağımızı da tutacağıq.

image-img_20220331_122426

image-768x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki