Türkiyə Uşaq Oyunları və İdman Klubları Federasiyasının sədri Mehmet Mutlu sentyabrın 12 də erməni təxribatının qurbanı olan şəhidlərimizlə bağlı Azərbaycan xalqına başsağlığı verib.
Mehmet Mutlu “Diaspornews.az”a hüzn və kədərini belə bölüşüb: “Azərbaycan-Ermənistan sərhəd xəttində baş verən qarşıdurmalarda şəhid olan Azərbaycan ordusunun qəhrəman əsgərlərinə Allah rəhmət eləsin, ailələrinə və qardaş Azərbaycan xalqına başsağlığı verirəm. Ruhları şad, məkanları cənnət olsun. Allah türkü hər cür şərdən qorusun”.