image-2000x150
image-img-20220327-wa0041backend

Mehmet Mutlu mükafatlandırılıb

image-768x150

Türkiyədə nəşr olunan “Başkan” dərgisinin “İkinci Beynəlxalq Qızıl Mətbuat Mükafatı” sahiblərinə təqdim edilib. Uşaq Oyunları və İdman Klubları Federasiyasının sədri, iş adamı Mehmet Mutlu ilin “Qızıl rəhbər mükafatı”na layiq görülüb.

Martın 26-da Ankarada bir oteldə təşkil edilən təqdimat mərasimində Mehmet Mutlu çıxış edərək onların fəaliyyətinə göstərdikləri diqqətə görə “Başkan” dərgisinin rəhbərliyinə təşəkkür edib: “Biz federasiya olaraq uşaqlar üçün müxtəlif oyunlar və yarışlar keçiririk. Hazırda milyonlarla uşaq bizim oyunlardan faydalanırlar. Biz həmçinin qardaş Azərbaycanda da “Hədiyyə karvanı” layihəsi keçirərək şəhid və qazi övladlarını sevindirmişik. Bu istiqamətdə fəaliyyətimizi davam etdirəcəyik”.
“Diaspornews.az” saytı olaraq Mehmet Mutlunu “Qızıl rəhbər mükafatı”na layiq görülməsi münasibəti ilə təbrik edirik.

 

 

 

image-768x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki