AMEA Mərkəzi Elmi Kitabxanası Türkiyədə zəlzələdən zərər çəkmiş insanlara yardım kampaniyasına qoşulub. MEK əməkdaşlarının bu kampaniyaya könüllü şəkildə qoşulması nəticəsində 2669 manat məbləğində ianə toplanıb.
Toplanan məbləğ Türkiyənin Türkiyə Daxili İşlər Nazirliyinin Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyinin (AFAD) hesabına köçürülüb.
Bundan əlavə, zəlzələdən zərərçəkmişlərin ilkin ehtiyaclarını təmin etmək məqsədi ilə kitabxana əməkdaşları tərəfindən müxtəlif ləvazimatlar da göndərilib.
Qardaş Türkiyədə zəlzələdən xəsarət alanlara şəfa, dünyasını dəyişənlərə isə rəhmət diləyirik.