image-2000x150
image-img-20220422-wa0042backend

“Mən sevincimi bütün Tatarıstanda yaşayan azərbaycanlılarla bölüşürəm”

image-768x150

“Dünya Azərbaycanlılarının V Qurultayında iştirak etməkdən və xüsusən Şuşada olmaqdan böyük fəxr hissi keçirirəm. Mən sevincimi bütün Tatarıstanda yaşayan azərbaycanlılarla bölüşürəm”. Bu fikirləri “Diaspornews.az”a Dünya Azərbaycanlılarının V Qurultayının iştirakçısı, Tatarıstan Respublikasının Leninoqorsk şəhərində fəaliyyət göstərən “Birlik” Azərbaycan Milli-Mədəni Muxtariyyəti İctimai Birliynin sədri Ramiz Məmmədov bildirib.

O deyib ki, cənab Prezidentin sərəncam və tövsiyəsi ilə Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən diaspor sahəsindən bütün işlər həyata keçirilir: “Dünya Azərbaycanlılarının V Qurultayında Prezident öz tövsiyəsini verdi. Doğurdan da çox dəyərli bir tədbir keçdi. Yeni insanlar, yeni proqramlarla tanış olduq. Biz çalışacağıq ki, daha da mehriban və əlbir olaq.
50 milyonluq Azərbaycan xalqının öz müstəqil dövlətində, ən əsası Şuşada təntənəli qurultayını keçirməsi milli özünütəsdiq faktı kimi çox önəmlidir. Tarixi önəm daşıyan Qurultay böyük əhəmiyyət kəsb edir. Cənab Prezident öz çıxışında diasporla işin güclənməsi istiqamətində tapşırıqlarını verdi.
Biz hər zaman Azərbaycana quluq etməliyik. Burada şəxsi yox, dövlətin və xalqın maraqları əsas götürülməlidir. Biz Azərbaycan vətəndaşı olmasaq da, amma azərbaycanlıyıq və bizim damarlarımızdan bu millətin qanı axır”.
Ramiz Məmmədov bildirib ki, 44 günlük Vətən müharibəsində tarixi qələbə əldə edə bildik: “Bu zaman biz dünya azərbaycanlılarının həmrəyliyinin bir daha şahidi olduq. Vətən müharibəsi azərbaycançılığımızın-milli kimliyimizin gücünü dünyaya göstərdi. Bu günlərdə erməni vandallığı insanlarımızı daha da birləşdirdi, siyasi baxışından asılı olmayaraq hər kəs bir çatı altında toplaşdı, ordumuzun göstərdiyi şücaət bizi daha da ruhlandırdı. Bütün bunlar bir daha göstərdi ki, torpalaqrımızın işğaldan azad olunması üçün dünya azərbaycanlıları ayaqda idi. Hər bir azərbaycanlı kimi Tatarıstandakı soydaşlarımız da əzəli torpaqlarımız olan Qarabağ yolunda canını verməyə hazır idi. Ali Baş Komandanın hər hansı çağırışına Tatarısdandakı soydaşlarımız qürur hissi ilə əməl edirdilər.
Birlik olamyan yerdə əminamanlıq da olmaz. Ona görə biz çalışmalıyıq ki, diasporumuzla birlikdə ümumi tədbirlər keçirək. Nə qədər biz mehriban olsaq tədbirlərimiz də nüfuzlu və gur olar.
Qurultay bizim diaspor məsuliyyətimizi daha da artırdı. Burada ölkə başçısı tərəfindən irəli sürülən fikir və təklifləri gələcək fəaliyyətimizdə Tatarıstanda uğurla icra edəcəyik”.

image-img-20220422-wa0045

image-img-20220422-wa0052

image-img-20220422-wa0012

image-img-20220422-wa0031

image-img-20220422-wa0036

image-768x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki