image-2000x150
image-whatsapp-image-2025-04-04-at-10-44-58_8240636ebackend

Milli Qəhrəman Hökumə Əliyeva adına Təqaüd Proqramının qalibləri açıqlandı

image-768x150

Martın 15-də Varşava Azərbaycan Evində Milli Qəhrəman Hökumə Əliyeva adına Təqaüd Proqramının qaliblərinin elan olunması münasibəti ilə tədbir keçirildi. Təqdimat mərasiminin açılışını Tələbə Qızlar İcmasının qurucusu Fidan Həsənzadə edərək xanımların seçim mərhələsindən və nəticələrindən danışdı. Daha sonra Hökumə Əliyevanın atası Cəlil Əliyevin xüsusi videosu nümayiş etdirildi. Videoda o, təqaüd proqramının əhəmiyyətindən danışaraq qalib xanımlara uğurlar arzuladı. Polşa Azərbaycanlıları Şurasının rəhbəri Fərid Cəfərli də qalibləri təbrik edərək təqaüd proqramının əhəmiyyətindən danışdı.
Bundan əlavə, Hökumə Əliyevanın həyat yoldaşı Etibar Əliyev canlı yayım vasitəsilə tədbirə qoşuldu. O, Hökumə Əliyevanın çalışqanlığı, fədakarlığı və mübariz ruhunun gənc xanımlar üçün bir nümunə olduğunu vurğuladı və qaliblərə gələcək karyeralarında uğurlar dilədi.
Xatırladaq ki, 7 istedadlı və perspektivli xanım təhsil və inkişaflarını dəstəkləmək məqsədilə bu nüfuzlu təqaüdü qazanıb. Seçim zamanı namizədlərin akademik göstəriciləri, şəxsi inkişaf potensialı və cəmiyyətə faydalı olmaq arzusu əsas meyarlar kimi qiymətləndirilib.
Qalib olan xanımlara öz sahələrində uğurlar arzulayır və onların gələcək nailiyyətləri ilə fəxr edəcəyimizə inanırıq!

image-whatsapp-image-2025-04-04-at-10-44-57_2902c4c7

image-whatsapp-image-2025-04-04-at-10-44-57_08e2c942

image-whatsapp-image-2025-04-04-at-10-44-57_3fe918d4

image-whatsapp-image-2025-04-04-at-10-44-57_82458bcd

image-768x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki