image-2000x150
image-5a84168c-30f8-46a9-a2a3-7a9cd2fb6a9ebackend

Milli Qəhrəman İbad Hüseynov Adana valisi ilə görüşüb

image-768x150

Türkiyə Cümhuriyyətinin Adana Valisi Yavuz Selim Köşkger Azərbaycan və Türk dünyasının tanınmış qəhrəmanı, Azərbaycan Bayrağı ordenli və Azərbaycanın Milli Qəhrəmanı İbad Hüseynovu və onunla birlikdə gedən heyəti valilikdə qəbul edib.

Görüş zamanı vali Yavuz Selim Köşkger Azərbaycan Respublikasının Prezidentinin növbədənkənar seçkilərində zəfərə görə cənab Prezident İlham Əliyevi və xalqımızı təbrik edib. Azərbaycanın Milli Qəhrəmanı İbad Hüseynov öz növbəsində təbrikə görə vali Yavuz Selim Köşkgerə təşəkkür edib. İbad Hüseynov iki ölkə arasındakı münasibətlərin bu səviyyəyə gəlməsinin memarı Ulu Öndər Heydər Əliyevin fəaliyyətini vurğulayıb və hal-hazırda strateji səviyyəyə çatdırılmasında Azərbaycan Respublikasının Prezidenti müzəffər Ali Baş Komandan İlham Əliyevin və Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğanın müstəsna rolunu qeyd edib.

image-kjgjhgj

image-768x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki