image-2000x150
image-img_20220121_231643backend

Monteneqro KİV-ləri 20 Yanvar faciəsindən yazıb

image-768x150

Monteneqronun müxtəlif kütləvi informasiya vasitələrində Azərbaycan xalqının azadlıq uğrunda mübarizəsinin şanlı tarixi olan Qanlı 20 Yanvar faciəsi ilə bağlı məqalə dərc edilib.

“Diaspornews.az” xəbər verir ki, Azərbaycan-Monteneqro Mədəni və İqtisadi Mərkəzinin üzvü Bojidar Proroçiçin müəllifi olduğu yazıda 20 Yanvar faciəsindən 32 il ötdüyü, 1990-cı il yanvarın 20-də Sovet imperiyasının Azərbaycanın ərazi bütövlüyünün pozulmasına etiraz olaraq küçələrə toplaşan, azadlıq, müstəqillik və suverenlik ideallarını müdafiə edən insanlara qarşı dəhşətli cinayət törətdiyi, sovet qoşunlarının Bakıya və ölkəmizin digər rayonlarına hərbi müdaxiləsi nəticəsində öldürülən insanların sayının 147 nəfər olduğu qeyd edilib. Qurbanlar arasında uşaqlar, qadınlar və qocalar, eləcə də müxtəlif millətlərdən olan mülki vətəndaşlar olub. Bu qətliam Azərbaycan tarixinə “Qara Yanvar” kimi düşüb.
Məqalədə Human Rights Watch beynəlxalq hüquq müdafiəsi təşkilatının bu faciəni insan hüquqlarının ən kobud şəkildə pozulması kimi qiymətləndirdiyi bildirilib.
“Təəssüf ki, 20 Yanvar faciəsinin günahkarları cəzasız qalıblar. Sovet hakimiyyəti bu qırğınla bağlı bütün sənədləri və sübutları Azərbaycandan çıxarıb. 20 Yanvar qırğını totalitar rejimin öz vətəndaşlarına qarşı törətdiyi ən görünməmiş qırğın idi. Lakin Sovet imperiyası öz məqsədinə çata bilmədi. Nəticədə bu hadisələr Azərbaycanın müstəqilliyinə və azadlığına gətirib çıxardı. Qara Yanvar müasir Azərbaycan tarixində dönüş nöqtəsi oldu”, – deyə yazıda qeyd edilir.
Bildirilib ki, hər il milyonlarla azərbaycanlı yanvarın 20-də Bakıdakı Şəhidlər xiyabanını ziyarət edərək ölkəmizin müstəqilliyi və suverenliyi uğrunda canlarından keçmiş həmvətənlərimizin xatirəsini ehtiramla yad edir. Azərbaycan xalqı ölkəmizin azadlığı uğrunda canlarını fəda edən qəhrəmanları heç vaxt unutmayacaq.

Xatırladaq ki, bu məqalələr Azərbaycan-Monteneqro Mədəni-İqtisadi Əlaqələr Mərkəzinin sədri Seyran Mirzəzadənin təşəbbüsü ilə dərc olunub.

image-img_20220121_231700

image-img_20220121_220030

image-768x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki