image-2000x150
image-fb_img_1650267237661backend

Monteneqroda iftar məclisi təşkil olunub

image-768x150

Azərbaycan – Monteneqro Mədəni və İqtisadi Mərkəzinin təşkilatçılığı və Azmont Investments şirkətinin dəstəyi ilə Petnjica bələdiyyəsində iftar məclisi təşkil olunub. Bu haqda “Diaspornews.az”a Azərbaycan – Monteneqro Mədəni və İqtisadi Mərkəzinin direktoru Seyran Mirzəzadə məlumat verib.

“İftar məclisində 100-dən artıq insan iştirak edib. Dəstəyə, iştiraklarına və çıxışlarına görə Monteneqrodakı İslam Birliyinin Rəhbəri və Baş Müfti Rifat Feyziçə, müvəqqəti işlər vəkili Azad Nağıyevə və Petnjica Bələdiyyəsinin sədri Samir Agoviçə təşəkkür edirəm.
Azmont Investments şirkətinin Azərbaycanın milli, dini və mənəvi dəyərlərinin Monteneqroda və regionda təbliğ olunmasına göstərdiyi dəstək təqdirəlayiqdir”,-deyə o əlavə edib.

image-fb_img_1650267232440

image-fb_img_1650267248637

 

image-768x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki