image-2000x150
image-fb_img_1648590738414backend

Monteneqroda Novruz bayramı münasibətilə tədbirlər keçirilib

image-768x150

Azərbaycan – Monteneqro İqtisadi və Mədəni Mərkəzinin təşkilatçılığı və “Azmont Investments” şirkətinin dəstəyi ilə Monteneqronun Herseq Novi və Podqoritsa şəhərlərində baharın başlanğıcını, barış və dostluğu təcəssüm etdirən Novruz bayramı münasibətilə tədbirlər keçirilib.

Bu haqda “Diaspornews.az”a Azərbaycan – Monteneqro İqtisadi və Mədəni Mərkəzinin direktoru Seyran Mirzəzadə məlumat verib.

Herseq Novidəki tədbir “Portonovi” kompleksində, Podqoritsa şəhərindəki tədbir isə ən böyük ticarət mərkəzində (“Delta”) keçirilib. Tədbirlərdə Azərbaycandan Monteneqroya ezam olunmuş kulinariya üzrə mütəxəssislər, Rüfət Əliyev və Anar Əliyev tərəfindən hazırlanmış milli mətbəximizin ləziz təamları və bayram şirniyyatları (paxlava, səkərbura, qoğal…) təqdim edilib, milli musiqimizdən nümunələr səsləndirilib.

Novruz bayramınının tarixi, özəllikləri və fəlsəfəsi barədə Monteneqro dilində hazırlanmış məlumat kitabçıları tədbir iştirakçılarına və ziyarətçilərə paylanıb.

Tədbirlər xoş əhval-ruhiyyədə keçib və ölkədəki diplomatik nümayəndəliklərin, türk, müsəlman icmasının üzvləri və yerli vətəndaşlardan ibarət ziyarətçilərin böyük marağına səbəb olub.

image-fb_img_1648590793254

image-fb_img_1648590772404

image-fb_img_1648590760990

image-768x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki