Dekabrın 24-ü Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Lənkəran şəhər Regional Mədəniyyət İdarəsinin rəisi Şahin Şahbazovun Moskvaya ezamiyyətinin sonuncu üçüncü günüdür.
Əvvəlki ikisi kimi, həmin gün də məhsuldar oldu: Şahin Qızıl Meydanda, daha sonra Podolskda oldu.
Podolsk şəhərindəki 34 saylı tam orta məktəbinin “Onlar Moskvanı müdafiə etdilər” Hərbi Şöhrət Muzeyi, Moskva şəhər Qərb İnzibati Dairəsi Azərbaycanlılarının Milli Mədəni Muxtariyyəti ictimai təşkilatı və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Lənkəran şəhər Regional Mədəniyyət İdarəsi arasında üçtərəfli əməkdaşlıq müqaviləsi imzalanıb.
Müqaviləni Podolsk şəhərindəki 34 saylı tam orta məktəbinin direktoru İnna Gennadievna Qorkavaya, muxtariyyətin sədri Kazımov Əli Əliyeviç və Lənkəran şəhər Regional Mədəniyyət İdarəsinin rəisi Şahin Şahbazov imzalayıblar.
Tərəflər mədəni-təhsil mübadilələrini və beynəlxalq əməkdaşlığı inkişaf etdirmək, həmçinin Böyük Vətən Müharibəsi illərində vuruşmuş müxtəlif xalqların və millətlərin xatirəsini yaşatmaq barədə razılığa gəliblər. Məktəb muzeyinin ekspozisiyasında iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanov və fşistlərə qarşı qəhrəmancasına vuruşan Podolski kursantları xüsusi yer tuturlar.
Səmimi, mehribanlıq şəraitində keçən Müqavilənin imzalanması Lənkəranda Həzi Aslanovun ev-muzeyindən və Podolskdakı “Onlar Moskvanı müdafiə etdilər” muzeyindən kitab mübadiləsi ilə başa çatıb.
Hörmətli qonaq Fəxri qonaqlar kitabını imzalayıb.