image-2000x150
image-img-20220623-wa0009backend

Moskvada Böyük Vətən Müharibəsinin başlanmasının 81-ci ildönümünə həsr olunan beynəlxalq konfrans keçirilib

image-768x150

İyunun 22-də Rusiyanın Podolsk şəhərindəki 34 saylı tam orta məktəbdəki “Onlar Moskvanı müdafiə ediblər” adlı tarixi muzeyində Böyük Vətən Müharibəsinin başlanmasına həsr olunan “Həlak olanların xatirəsinə layiq ol!” adlı beynəlxalq konfrans keçirilib.
Tədbirdə Böyük Vətən Müharibəsində həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Diaspornews.az xəbər verir ki, Moskva şəhər Qərb İnzibati Dairəsi Azərbaycanlılarının Milli Mədəni Muxtariyyəti təşkilatının təşəbbüs və təşkilatçılığı ilə keçirilən tədbir zamanı “Onlar Moskvanı müdafiə ediblər” adlı tarixi muzeyində Həzi Aslanovun güşə nümayiş olunub.
Moskva şəhər Qərb İnzibati Dairəsi Azərbaycanlılarının Milli Mədəni Muxtariyyəti təşkilatının sədri Əli Kazımov çıxış edərək qeyd edib ki, 22 iyun 1941-ci ildə faşist Almaniyası səhər saat 4-də Sovet İttifaqına hücum etdi: “Müharibə elanı edilməmişdi.  81 il əvvəl bütün sovet xalqı 1418 gün Vətənimizin müdafiəsinə qalxaraq  gecə-gündüz qələbə çaldı”.
Tədbirdə 34 saylı orta məktəbin direktoru Qorkavaya İnna Gennadievna,
Respublika Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov, Müharibə və Əmək Veteranları Təşkilatının nümayəndəsi və Azərbaycan Respublikasının Rusiyadakı Silahlı Qüvvələri Sərraf Orucov,Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyinin sədri, jurnalist Fuad Hüseynzadə, Rusiya Azərbaycanlılarının Regionlararası Assosiasiyasının koordinatoru Ramil Əliyev, Lənkəranda iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanov adına muzeyin direktoru Həcər Nəsirova, Gəncədə Sovet İttifaqı Qəhrəmanı İsrafil Məmmədov adına muzeyin direktoru, qazi Nəimi Mustafayev, məsləhətçi Tsapenko Anjelika Nikolaevna, “Aistenok” bağçasının rəis müavini Maslova Asya Viktorovna, “Qəhrəmanlıq vətəni – qəhrəmanın vətəni” beynəlxalq yaddaş və minnətdarlıq estafetinin təşkilat komitəsinin nümayəndəsi  Daria Modestova faşist işğalçılarına qarşı müharibədə sovet xalqının qəhrəmanlıq və şücaətini qeyd edin, gənclərin vətənpərvərlik tərbiyəsinin vacibliyini vurğulayıb, Rusiya ilə Azırbaycan arasında dostluq əlaqələrinin möhkəmlənməsinə hər cür töhfə verməyə hazır olduqlarını bildiriblər.

image-img-20220623-wa0010image-img-20220623-wa0022image-img-20220623-wa0008image-img-20220623-wa0044image-img-20220623-wa0013image-img-20220623-wa0007image-img-20220623-wa0006image-img-20220623-wa0014

image-768x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki