image-2000x150
image-ec899cb3-299c-4a9f-ba9f-57ad1e0b32febackend

Moskvada diaspor təşkilatının hesabat yığıncağı keçirilib

image-768x150

Moskva şəhər Qərb İnzibati Dairəsi Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyəti ictimai təşkilatının sədri Əli Kazımov Prezident İlham Əliyevi ad günü münasibəti ilə təbrik edib

Dekabrn 24-də Moskva şəhər Qərb İnzibati Dairəsi Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyəti ictimai təşkilatı ilin yekunlarına həsr olunmuş tədbir keçirib. “Diaspornews.az” xəbər verir ki, qurumun sədri Əli Kazımov görülən işlərdən və növbəti il ​​üçün nəzərdə tutulan planlardan danışıb. “İdeal vəziyyət heç vaxt olmur, ideal vəziyyətlər yalnız planlarda, kağız üzərindədir. Siz həmişə daha çox şey istəyirsiniz, amma ümumilikdə hesab edirəm ki, təşkilatımız üçün bu il kifayət qədər məhsuldar olub”, – deyə o, fikrini yekunlaşdırıb.

Həmçinin Əli Kazımov kollektiv adından Azərbaycan Prezidenti İlham Əliyevi və təşkilatın fəalı Elxan Rüstəmovu ad günləri münasibəti ilə təbrik edib.

Yeri gəlmişkən, Əli Kazımov Prezident İlham Əliyevə ad günü münasibəti ilə təbrik məktubu göndərib.

Məktbda bildirilir: “Doğum gününüzü böyük sevinc hissi ilə səmim qəlbdən təbrik edirik. Rusiyadakı azərbaycanlılar hər zaman Sizinlə fəxr edirlər. Biz hər zaman Azərbaycan dövlətinə və Prezident olaraq Sizə arxalanaraq öz fəaliyyətimizi qürurla davam etdiririk. İki ölkə arasında iqtisadi, mədəni və humanitar əlaqələrin genişlənməsinə töhfə verən diaspor təşkilatı olaraq bu ilin fevralın 22-də Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə imzaladığınız Moskva Bəyannaməsinə əsaslanaraq fəaliyyətimizi daha da genişləndirmişik.

Xalqının Xilaskarı, düşmən üzərində zəfər çalan Sərkərdə olaraq Sizə  möhkəm cansağlığı, uzun ömür və firəvan həyat arzulayıq”.

image-768x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki