image-2000x150
image-img-20220304-wa0081backend

Moskvada Sovet İttifaqı qəhrəmanları Qafur Məmmədova və İsrafil Məmmədova həsr edilmiş tədbir keçirilib

image-768x150

Martın 4-də Moskvanın Müdafiə Muzeyində Moskva şəhər Qərb İnzibati Dairəsi Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyəti təşkilatının sədri Əli Kazımov və Hərbi Elmlər Akademiyasının Sosial Yaddaş İnstitutunun direktoru, polkovnik Aleksandr Evgenyeviç Ujanovun birgə təşəbbüsü ilə “İgidlərin Vətəni – Qəhrəmanın Vətəni” Beynəlxalq Estafet yarışı çərçivəsində Sovet İttifaqı Qəhrəmanları Qafur Məmmədovun anadan olmasının 100 illiyinə və İsrafil Məmmədovun isə anadan olmasının 103-cü ildönümünə həsr olunmuş “Rusiya- Azərbaycan xatirə və minnətdarlıq” dərsi keçirilib.

“Diaspornews.az” xəbər verir ki, konfransı giriş sözü ilə Əli Kazımov açıb. Qeyd edib ki, tədbirin məqsədi ölkənin tərkibində vahid düşmənlə vuruşmuş müxtəlif millətlərdən olan əcdadlarımızın döyüş şücaətlərinin xatirəsini yaşatmaq, eləcə də onun tərkib hissəsi kimi şəhərləri azad edən hərbçilərin xatirəsinə qardaşlaşdırmaqdır: “Rusiya-Azərbaycan strateji əməkdaşlığı sahəsində qardaş şəhər münasibətlərinin modelləşdirilməsi üçün üç xalq diplomatiyası təşəbbüslərinin təyin edilməsi mümkündür. Bu konsepsiyanı belə təsnif etmək olar:
– Tuapse – Bakı – Qafur Məmmədovun şücaəti;
– Novqorod vilayətinin Parfinosu – Gəncə – İsrafil Məmmədovun şücaəti;
– Vileyka, Minsk vilayəti – Boloqoye, Tver vilayəti – Lənkəran – Hzi Aslanovun şücaəti.”
“Rusiya zabitləri” Ümumrusiya ictimai təşkilatından salamlama nitqi ilə təşkilatın sədr müavini, müharibə veteranı, ehtiyatda olan polkovnik Konstantin Lvoviç Kutuyev çıxış edib.
Azərbaycanın Rusiyadakı səfirinin müşaviri Zaur Paşayev çıxışında qəhrəmanların xatirələrinin əbədiləşdirilməsi ilə bağlı tədbirdə səslənən təşəbbüsləri yüksək qiymətləndirib.
Konfransda Böyük Vətən Müharibəsi veteranı, 95-ci Mühafizə Diviziyasının Veteranlar Şurasının sədri Mariya Mixaylovna Roxlina, Rusiya Qəhrəmanı, generalı Yevgeni Yuryeviç Sergeev,
diplomatik xidmət veteranı Sergey Nikolayeviç Popok, Əfqanıstan müharibəsi veteranları Viktor Nikolayeviç Bortnikov və Boris Leonidoviç Valovoy, Moskva Veteranlar Komitəsinin İnformasiya Komissiyasının sədri Vladimir Alekseeviç Selixov, Oçakovo-Matveyevski rayonu Veteranlar Şurasının sədri, general-mayor Aleksey Vasilyeviç Sanoçkin, kontr-admiral Sergey Nikolaevich Streltsov, Moskva Müdafiə Muzeyinin elmi-metodiki işlər üzrə direktor müavini Viktor Andreeviç Nikadimov, habelə Moskva Azərbaycanlılarının milli-mədəni muxtariyyətinin üzvləri və fəalları Rüstəmov Elxan, Zamanov Natiq,
Qafarov Çingiz, Səmədov Nizami,
Silina İrina çıxış və iştirak ediblər.
Tədbirdə Sovet İttifaqı Qəhrəmanları Qafur Məmmədov və İsrafil Məmmədov haqqında videoçarxlar nümayiş etdirilib.
Dərs zamanı Novqorod vilayətinin Xolm, Tuapse şəhərlərinin ümumtəhsil məktəblərinin, veteranlar şuralarının, tarix-diyarşünaslıq muzeylərinin, ictimai təşkilatlarının onlayn əlaqəsi qurulub.
Tədbirə Azərbaycandan onlayn olaraq Gəncə Regional Qadın Mərkəzi İctimai Birliyinin sədri, tarixçi Məleykə Əlizadə, Azərbaycanın Gəncə şəhərində İsrafil Məmmədovun ev muzeyinin müvəqqəti direktoru, Vətən müharibəsi qazisi Nəimi Mustafayev, Qafur Məmmədov adına Bakı Dəniz Yolları məktəbinin məzunu, Dənizçilərə Sosial Dəstək İctimai Birliyinin sədri, gəmi kapitanı Faiq Balabəyli, Lənkəranda Həzi Aslanovun ev muzeyinin direktoru Cəmilə Şərifova qoşulublar. Onlar Azərbaycanın qəhrəman oğlullarının xatirəsini əziz tutduqlarına görə muzey rəhbərliyinə və diaspor üzvlərinə öz təşəkkürlərini bildiriblər.
Qeyd olunub ki, Azərbaycanın qəhrəman oğulları tarixin bütün dövrlərində öz vətənlərinin müdafiəsi uğurunda böyük şücaət göstəriblər.
Tədbirə Tatarıstandan Leninoqorsk şəhər və rayonu üzrə Azərbaycan Milli-Mədəni Muxtariyyəti “Birlik” ictimai təşkilatının sədri Ramiz Məmmədov da onlayın qoşulub atası Mustafa Məmmədovun Böyük Vətən müharibəsindəki döyüş yolundan danışıb.
Bu çıxışlar tədbirin təşkilatçıları və qonaqlar tərəfində maraqla qarşılanıb.
Digər çıxışçılar da hamını dostluğa və birliyə çağırıblar.
Gələcəkdə birgə görüləcək işlərlə bağlı fikir mübadiləsi edilib. Tədbirdə faşizmin əleyhinə nübarizə aparan qəhrəmanların xatirəsinin əbədiləşdirilməsinə həsr olunmuş bir sıra xalq diplomatiyası təşəbbüsləri irəli sürülüb.
Konfransın sonunda İrina Vladimirovna Babakovanın Podolsk kursantları haqqında “Gücün yeri. Mənim İliyinski sərhədlərim” kitabının təqdimatı olub. Kitabın təqdimatından sonra tədbir iştirakçıları muzeyin zallarına ekskursiya ediblər.

image-img-20220305-wa0008

image-img-20220304-wa0090

image-img-20220304-wa0091

image-img-20220304-wa0093

image-img-20220304-wa0098

image-img-20220304-wa0058

image-img-20220304-wa0087

image-img-20220304-wa0060

image-768x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki