image-2000x150
image-img-20231114-wa0009backend

Murmanskda “Nağıllar vasitəsilə dostluq” tədbiri keçirilmişdir

image-768x150

Rusiya Federasiyasının Murmansk şəhəri, Frolova küçəsində yerləşən ailə Kitabxanasında “Nağıllar vasitəsilə dostluq” tədbiri keçirilmişdir.

Kitabxana oxucularının və digər qonaqların qarşısında Murmansk vilayəti “Azərbaycan Mədəniyyət Mərkəzi” İctimai Təşkilatının sədr müavini – Mehdi Fəyyazlı çıxış etmişdir. O, oxucuları Azərbaycanın adət-ənənələri, milli rəqsləri, Azərbaycan xalqının mənşəyi, tarixi, xalq geyimlərinin rəngləri və ornamentləri, Musiqi alətləri, milli mətbəxi ilə tanış etmişdir. Sonda isə dahi Azərbaycan şairi Bəxtiyar Vahabzadənin şeirini Azərbaycan türkcəsində səsləndirmişdir!

Həmçinin oxucular və onların valideynləri Tapmacalar tapmış, “Azərbaycan Odlar Yurdu” viktorinasında iştirak etmiş, Azərbaycan xalq musiqilərini dinləmişlər.

 

image-768x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki