image-2000x150
image-16841432485790155029_1000x669backend

Murmanskda Ümummilli Lider Heydər Əliyevin 100 illiyi qeyd olunub

image-768x150

Rusiya Federasiyasının Murmansk şəhərində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş təntənəli mərasim keçirilib.

Bu barədə AZƏRTAC-a “Azərbaycan” Mədəniyyət Mərkəzi” Murmansk vilayəti ictimai təşkilatının və Rusiya Azərbaycanlı Gənclər Birliyinin (RAGB) Murmansk vilayəti üzrə bölməsinin mətbuat katibi, Rusiya və Azərbaycan Jurnalistlər birliklərinin üzvü Əlihüseyn Şükürov məlumat verib. O bildirib ki, tədbirdə Azərbaycan” Mədəniyyət Mərkəzi” Murmansk vilayəti ictimai təşkilatının və RAGB-nin Murmansk vilayəti üzrə bölməsinin, milli diasporların, şəhər ictimaiyyətinin və KİV-lərin təmsilçiləri, Azərbaycandan gəlmiş nümayəndə heyəti iştirak ediblər.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Sonra Azərbaycan xalqının Ümummilli Liderinin portreti önünə güllər qoyulub.

“Azərbaycan” Mədəniyyət Mərkəzi”nin sədri Afil Hüseynov Heydər Əliyevin Azərbaycan və Rusiyanın tarixində rolundan söhbət açıb.

İctimai təşkilatın sədri vurğulayıb ki, Heydər Əliyev öz ölkəsinin inkişafı və insanların rifahı üçün əlindən gələni əsirgəməyən insanlardan biri olub. O deyib: “Dahi şəxsiyyət – Heydər Əliyev Azərbaycan dövlətçiliyi tarixində müstəsna yerə sahibdir. Heydər Əliyev azərbaycançılıq ideologiyasının parlaq daşıyıcısı kimi öz müdrik siyasəti, dəyişməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyalarının icrasına, müasir Azərbaycan dövlətinin qurulmasına və xalqımızın müstəqillik haqqında arzularının həyata keçməsinə nail oldu. Azərbaycanın dünya miqyasında neft və qaz ixracatçısı ölkəsinə çevrilməsi, milli neft strategiyasının uğurla həyata keçirilməsi, xarici dövlətlərin aparıcı neft şirkətləri ilə müqavilələrin imzalanması, müasir tələblərə cavab verən neft sənayesi infrastrukturunun yaradılması, Bakı-Tbilisi-Ceyhan, Bakı-Supsa və Bakı-Novorossiysk boru kəmərləri vasitəsilə neftin şaxələndirilmiş nəqli Heydər Əliyevin xidmətləridir”.

Tədbirdə digər çıxış edənlər Ümummilli Liderin qısa zaman kəsiyində Azərbaycanı iqtisadi və mədəni yüksəliş yoluna qədəm qoyan, xarici investisiyalara açıq olan və iri beynəlxalq layihələrə qatılan ölkəyə çevirə bilməsini vurğulayıblar. Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunan kitablar, albomlar, fotolar tədbir iştirakçılarının diqqətinə çatdırılıb.

Sonra Heydər Əliyevin həyat və fəaliyyəti haqqında film nümayiş etdirilib.

Tədbir təntənəli konsertlə başa çatıb.

image-768x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki