image-2000x150
image-img-20231109-wa0036backend

Murmanskda Zəfər Günü qeyd edilib

image-768x150

Noyabrın 8-də Zəfər Günü ilə əlaqədar olaraq, Rusiyanın Murmansk şəhərində yerləşən “Əqrəba” restoranında tədbir keçirilmişdir. Tədbirdə Murmansk vilayəti “Azərbaycan Mədəniyyət Mərkəzi” İctimai Təşkilatın sədri Afil Hüseynov və sədr müavini Mehdi Fəyyazlı çıxış etmişlər.

“Murmansk vilayəti “Azərbaycan Mədəniyyət Mərkəzi” İctimai Təşkilatı adından hər birinizi 8 Noyabr – Zəfər Günü münasibətilə səmimi qəlbdən təbrik edirik!

Zəfər Günü – Azərbaycan Respublikasında İkinci Qarabağ müharibəsində qələbənin şərəfinə elan edilmiş bayramdır. 44 gün sürən hərbi əməliyyatlar nəticəsində rəşadətli Azərbaycan Ordusu tərəfindən Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərləri, Zəngilan rayonunun Mincivan, Ağbənd, Bartaz qəsəbələri, Xocavənd rayonunun Hadrut qəsəbəsini və bir çox kəndləri, Tərtər rayonunun Suqovuşan kəndi, Xocalı və Laçın rayonlarının bir neçə kəndləri daxil olmaqla, ümumilikdə, 300-dən çox yaşayış məntəqəsi, o cümlədən Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəkliklər işğaldan azad edilmişdir”, – deyə Afil Hüseynov qeyd etmişdir.

“Ali Baş Komandan İlham Əliyevin Zəfər Gününün elan edilməsi haqqında 3 dekabr 2020-ci il tarixli sərəncamı ilə qəbul edilmişdir. 8 Noyabr Zəfər Gününüz mübarək olsun! Azərbaycanın tarixi 8 Noyabrda yenidən yazıldı və biz qələbə qazandıq! Bu möhtəşəm gün münasibətilə xalqımızı təbrik edirik”, – deyə Mehdi Fəyyazlı qeyd etmişdir. Həmçinin tədbirdə milli yeməklərdən dolma, aş və kabablar qonaqlara təqdim edilmişdir. Qeyd edək ki, tədbirdə Moldava diasporunun sədri Oksana xanım, Özbəkistan diasporunun sədri Fəridə xanım və digər qonaqlar çıxış edərək Murmansk şəhərində yaşayan həmyerlilərimizi təbrik etmişlər! Beləcə, tədbir xoş arzularla yekunlaşmışdır.

image-768x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki