Murmansk vilayətinin “Azərbaycan” Mədəniyyət Mərkəzi ictimai təşkilatının sədri Afil Hüseynov və sədr müavini Hüseynəli Hüseynov Prezident İlham Əliyevə doğum günü münasibəti ilə təbrik məktubu ünvanlayıblar.
Təbrik məktubunda bildirilir: “Doğum gününüz münasibətilə Sizi ürəkdən təbrik edirik! Zati-alinizə ən xoş arzularımızı çatdırırıq.
Sizin müdrik siyasətiniz nəticəsində Azərbaycan regionun ən inkişaf etmiş ölkəsinə çevrilmiş, beynəlxalq aləmdə böyük nüfuz qazanmışdır. Xüsusilə, məhz Sizin sayənizdə Rusiya ilə Azərbaycan arasında münasibətlər ildən-ilə daha da güclənir. Bu, Sizin xarici siyasətinizin uğuru və ali dəyərlərə mənsub insani keyfiyyətlərinizin göstəricisidir.
Ali Baş Komandan olaraq Sizin rəhbərliyiniz altın¬da müzəffər Azərbaycan Ordusu 27 ildən artıqdır işğal al¬tında qalan doğma yurd yerlərimizi erməni işğalından azad edib. Siz bununla tarixi ədaləti bərpa etdiniz.
Böyük iftixar hissi ilə Murmansk şəhəri və Murmansk vilayətindəki soydaşlarımızla birlikdə Sizi doğum gününüz, eləcədə də qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl münasibəti ilə ürəkdən təbrik edirik!
Zati-aliləri, bu xoş fürsətdən istifadə edərək Sizə və ailənizə möhkəm cansağlığı, xoşbəxtlik arzulayır, ali dövləti vəzifənizdə uğurlar diləyirik”.