Bakıdakı Rus Evində böyük Azərbaycan şairi Nəbi Xəzriyə həsr olunmuş poeziya məclis təşkil edib. Görüşün təşkilatçısı şairə Lalə Həsənova olub. Görüş 13.01.2024-cü il tarixində onlayn baş tutub. Dağıstan, Qazaxıstan, Özbəkistan, Çeçenistan, Rastov-Krımın ədəbi-poetik dairələrinin nümayəndələri dəvət olunublar. Səmimi şəraitdə keçən görüşdə Nəbi Xəzri, Rəsul Həmzətov kimi dahi klassiklərin əsərləri, eləcə də görüş iştirakçılarının əsərləri dinlənilib.
Dağıstandan olan görüşün təşkilatçıları hər ikisi şair, publisist və tərcüməçi kimi tanınmış Murad və Marina Əhmədovlar olublar.
Qeyd edək ki, görüşə Dağıstanda yaşayan azərbaycanlı şairə Südabə Comərtova da qoşulub. O, Sumqayıtda çoxuşaqlı ailədə anadan olub. Otuz ilə yaxındır ki, Mahaçqala şəhərində yaşayır. Şəhid bacısı olan Südabə Comərtova şeir yazmağa ilk cəhdlərini 11 yaşında edib. “Həyatım boyu özüm üçün, ruhum üçün, ailəm və dostlarım üçün yazdım. Və bütün bunlar ona gətirib çıxardı ki, bir gün özümü Dağıstan Şairlər və Yazıçılar İttifaqının astanasında tapdım”,- deyə o, saytımıza öz fikirlərini bölüşüb.