image-2000x150
image-15ec3ae0-8e93-44b0-aab4-99981f46acf2backend

Neuss şəhərində keçirilən festivalda Azərbaycan-Türkiyə mədəniyyəti və mətbəxi nümayiş olunub

image-768x150

İyulun 11-də Almaniyanın Neuss şəhərində yerli bələdiyyənin təşkilatçılığı ilə ənənəvi Mədəniyyət Festivalı keçirilib. Dünyanın müxtəlif ölkələrinin mədəniyyətlərinin təqdim olunduğu festivalda Umut Yıldızı Dərnəyi də xüsusi stendlə təmsil olunub.

Bu barədə saytımıza Almaniyada yaşayan diaspor fəalı, Umut Yıldızı Dərnəyinin nümayəndəsi Rəna Nizami məlumat verib.
Onun sözlərinə görə, dərnəyin təşkil etdiyi stenddə Azərbaycan və Türkiyənin zəngin milli mətbəxini əks etdirən müxtəlif təamlar və şirniyyatlar nümayiş etdirilib. Festival iştirakçıları Azərbaycan və Türkiyənin mətbəxinin özünəməxsus dadı, ənənələri ilə yaxından tanış olmaq imkanı qazanıblar.
Tədbir çərçivəsində ziyarətçilərə Umut Yıldızı Dərnəyinin fəaliyyəti, Almaniyada həyata keçirdiyi sosial və mədəni layihələr, eləcə də Azərbaycanın tarixi, mədəni irsi və milli dəyərləri barədə ətraflı məlumat verilib. Dərnəyin üzvləri qonaqların çoxsaylı suallarını cavablandıraraq, ölkəmizin zəngin mədəniyyəti və milli ənənələri haqqında maarifləndirici söhbətlər aparıblar.
Rəna Nizami bildirib ki, festival müxtəlif xalqlar arasında mədəni dialoqun gücləndirilməsi, qarşılıqlı anlaşmanın və dostluq münasibətlərinin inkişaf etdirilməsi baxımından mühüm platformadır. Onun sözlərinə görə, Azərbaycanın bu cür beynəlxalq tədbirlərdə layiqincə təmsil olunması ölkəmizin zəngin mədəni irsinin və milli-mənəvi dəyərlərinin xaricdə tanıdılmasına mühüm töhfə verir.
Qeyd edək ki, Neuss şəhərində hər il keçirilən ənənəvi Mədəniyyət Festivalında müxtəlif ölkələrin diaspor təşkilatları və mədəniyyət birlikləri iştirak edir, milli mədəniyyətlərini, mətbəxlərini və adət-ənənələrini təqdim edirlər.

https://youtube.com/shorts/ANsndMoC8d0?si=kLSDX2mAph_fZnqP

image-1e870222-5275-4691-b3fc-20c0ea1f4f1e image-4f2a1c4c-1542-4425-9def-139f1e068cc6

image-af413a9b-b5fc-4012-9e0f-325e6400fc98 image-2f3fde32-8f75-4d02-bc26-3d09ff628b45

image-768x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki