image-2000x150
image-img_20220610_215536backend

Niderland qəzetində Vüqar Abbasov haqqında məqalə dərc olunub

image-768x150

Niderlandda yaşayan soydaşımız, Niderland Jurnalistlər Birliyinin üzvü, “Connect” təşkilatının sədri Vüqar Abbasov haqqında yerli “Wereldregio” qəzetində məqalə dərc olunub. “Diaspornews.az” xəbər verir ki, məqalədə Niderlandda yeni yaşama izni alanların iş tapmasından, inteqrasiyasından ətraflı bəhs olunur.

Qəzet redaksiyası Vüqar Abbasov haqqında xatırlatma da verib. Qeyd olunur ki, müəllif 2008 – ci ildə Azərbaycandan gəlib Zierikzee şəhərində yaşayır. Gələndən bütün gücü ilə dili öyrənməyə, yerli cəmiyyətə inteqrasiya olunmağa çalışıb və bacarıb. Hazırda evlər idarəsində işləyir. “Connect” təşkilatını yaradıb. Məqsədi iki ölkə arasında əlaqələrin inkişafına öz töhvəsini verməkdir. İndi həm də Niderlandda yaşama izni olan gəlmələrə iş tapmaqda, inteqrasiya olunmasında öz yardımını təklif edir.

image-768x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki